Ekologiya və Təbii Sərvətlər Nazirliyi istixana qazlarının idarə olunmasına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə nazirliyin Meşələrin İnkişafı üzrə Departamentinin rəis müavini Xəlil Ramazanov çərşənbə axşamı Bakıda keçirilən “Qlobal iqlim dəyişiklikləri ilə əlaqədar Azərbaycanda istixana effekti yaradan qazların idarə olunması” mövzusunda konfransda bildirib.
“Hazırda Azərbaycanda karbohidrogen qazının ehtiyat həcmi 62 mln. tondan 46 mln.tonadək azalıb ki, bu da dünyada atmosferə buraxılan qazların 0,003%-ni təşkil edir. Yaxın 20-30 ildə bu göstəricinin mümkün artımını müəyyən etmək məqsədilə hazırda həmin dövr üçün ölkə iqtisadiyyatının, sənaye istehsalının və əhalinin artımı araşdırılır. Lakin biz istixana effekti yaradan qazların idarə olunmasına dair təkliflərimizi baxılmaq üçün ölkə hökumətinə təqdim etmişik”,-deyə X.Ramazanov vurğulayıb.
O bildirib ki, Kioto protokolunun iştirakçısı olan Azərbaycan ölkədə istixana qazlarının həcminin azaldılması üzrə fəal iş aparır. “Bu məqsədlə hər il 3,7 min ha sahədə yeni meşələr salınır, 7,5 sahədə isə mövcud meşə massivləri bərpa edilir. Bundan əlavə, Almaniya, Danimarka, Norveçlə “Təmiz inkişaf mexanizmi” üzrə əməkdaşlıq fəal inkişaf edir”,-deyə X.Ramazanov bildirib.
Onun sözlərinə görə, Fransanın “National Deforest” şirkəti biznes-plan hazırlayıb və 6 min ha sahədə meşənin salınması üzrə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması həyata keçirilir. Hazırda layihə baxılmaq üçün bəzi donor təşkilatlara göndərilib.
“Təmiz inkişaf mexanizmi” çərçivəsində Almaniya ilə İsmayıllı, Zaqatala rayonlarında ümumi ərazisi 500 ha sahədə meşələrin salınması üzrə 1,5 mln. avro dəyərində layihə uğurla həyata keçirilir. Bundan əlavə, Lənkəranda 500 ha sahədə meşə massivlərinin salınması üzrə Almaniya tərəfilə danışıqlar aparılır”,-deyə X.Ramazanov vurğulayıb.
Öz növbəsində SOCAR şirkətinin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bildirib ki, şirkət məşəllərdə səmt qazının yandırılmasının həcminin azaldılması ilə bağlı lazımi tədbirlər həyata keçirir.
“2009-cu ilin yanvar-aprel aylarında məşəllərdə qazın yandırılmasının həcminin sutkada 140 min kubmetrədək azaldılmasına nail olmuşuq”,-deyə M.Babayev qeyd edib.
Konfrans SOCAR şirkəti tərəfindən təşkil olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Bankının dəstəyilə keçirilir. Tədbirdə əsas məqsəd istixana effekti yaradan qaz mənbələrinin inventarlaşdırılması, belə qazların miqdarının azaldılması üzrə beynəlxalq təcrübəyə əsaslanan layihələrin reallaşması və Azərbaycanda bu sahədə ümumi proqramın hazırlanması üçün zəmin yaradılmasıdır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət