Mayın 7-də Praqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək.
Tərəflər 2007-ci ilin sonunda Madriddə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi baza prinsiplərinin razılaşdırılmasını davam etdirəcəklər. Tərəflər bildiriblər ki, bu prinsiplərin bir sıra bəndləri üzrə razılaşma əldə olunub, ancaq əsas məsələlərlə bağlı fikir ayrılığı hələ də qalmaqdadır. Xüsusilə Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi məsələsi danışıqlarda əngəldir. Bakı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində israr edir və bütün beynəlxalq birlik bununla razıdır. İrəvan isə hesab edir ki, bu problemin həllində beynəlxalq hüququn digər prinsipi - xalqların öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir.
Bundan başqa Azərbaycan tərəfi hesab edir ki, Dağlıq Qarabağın statusunun müzakirəsinə yalnız Azərbaycanın məcburi köçkünləri bu regiona qayıtdıqdan sonra başlana bilər.
«Əgər bu baş verməsə və azərbaycanlılar Dağlıq Qarabağ regionuna qayıtmasalar, o zaman status müzakirə oluna və bu regionla bağlı normal şərtlərin yaradılmasına dair heç bir danışıqlar aparıla bilməz», - deyə xarici işlər nazirinin müavini Araz Əzimov daha əvvəl jurnalistlərə bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü ərəfəsində vəziyyəti qiymətəndirən nazir müavini qeyd edib ki, həmsədrlərin təklif etdiyi layihə ilə bağlı (nizamlanmanın baza prinsipləri) müzakirələr davam edir.
“Bəzi məsələlər açıq qalır, bəziləri üzrə hələlik razılaşma əldə olunmayıb və ümumilikdə, əvvəl də hesab olunduğu kimi, hələlik bütün məqamlar razılaşdırılmayıb, heç nə razılaşdırılmış hesab olunmur. Bu prinsiplər üzərində iş davam etdirilməlidir”,-deyə diplomat vurğulayıb.
Diplomat deyib ki, Qarabağ nizamlanmasına dair danışıqlarda hansısa “hesabdan” söhbət getmir – Ermənistanın işğal etdiyi bütün Azərbaycan əraziləri birmənalı olaraq azad edilməlidir.
“Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq və orada iki icmanın dinc yanaşı yaşaması üçün konkret model hazırlanacaq. Biz buna bütün prosesin əsası kimi baxırıq, lakin bu məqsədə nail olmaq üçün müvafiq mərhələlərin keçilməsi vacibdir”,-deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət