Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk Qrupu həmsədrlərini Ermənistana xoş gəlsin deyə, Qarabağ nizamlanmasına dair danışıqlar prosesində guya irəliləyişin əldə olunması barədə yalan məlumat yaymaqda ittiham edib.
“Praqa danışıqlarında (Azərbaycan və Ermənistan prezidentləri arasında -İF-Az) irəliləyiş olmayıb, erməni tərəfi öz əvvəlki mövqeyində qalıb”,-deyə N.Məmmədov ANS telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, bundan sonra Azərbaycan prezidenti orada təşkil olunan brifinqdə iştirak etməyib.
“Necə olur ki, bundan sonra həmsədrlər Ermənistan prezidenti ilə məsləhətləşmələr aparıblar və onların (ermənilərin –İF-Az) maraqlarını təmin edən bəyanatla çıxış ediblər. Bu nə deməkdir? Bu, dünyaya yalan məlumat ötürmək idi. Yəni, vasitəçilər rahatlıqla bildirirlər ki, danışıqlar davam etdirilir, narahat olmağa dəyməz və lazımi istiqamətdə iş aparılır”,-deyə N.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, bunda məqsəd “bir tərəfdən dünya ictimaiyyətini sakitləşdirmək və onun gözünə kül üfürmək, digər tərəfdən isə Ermənistanı danışıqları davam etdirməyə hazır olan konstruktiv ölkə kimi təqdim etməkdir”.
“Bu, bizi belə qayğının, sevginin və dəstəyin arxasında (bu ölkələrin Ermənistana qarşı-İF-Az) nəyin durduğunu düşünməyə vadar edir”,-deyə N.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, həmsədrlərin belə mövqeyi onların qarşılarına qoyduqları ümumi məqsədə xidmət etmir.
“Onların onsuz da münaqişənin həllilə bağlı “siz özünüz həll edin, biz dəstəkləyərik” mövqeyindən başqa prinsipləri yoxdur. Odur ki, biz bu dünyada ədalətin qələbə çalmasını istəyirik. Bu gün dünya düzəninin formalaşmasında ədalət ən birinci amil olmalıdır. Bu ədalət daha çox dünyanın ən aparıcı dövlətlərinə lazımdır. Çünki bununla onlar öz ömürlərini də uzatmış olarlar”,-deyə N.Məmmədov bildirib.
O hesab edir ki, indiyədək vasitəçilər nizamlanma prosesinin hansı mərhələdə olduğuna aydınlıq gətirə bilmirlər və çox vaxt danışıqların yubadılmasına xidmət edirlər.
“Danışıqları yubatmaqla məsələni həll etmək olarmı? Belə çıxır ki, erməni tərəfi vaxtaşırı olaraq öz sözlərindən və vədlərindən imtina edir. Əvvəlcə razılaşırlar, üç-beş aydan sonra isə vaxt qazanmaq və ya hakimiyyətdəki yerini saxlamaq, ya da ölkə daxilində ictimai rəyə təsir göstərmək üçün əvvəlki razılaşmadan imtina edirlər. Lakin danışıqların xarakteri belə deyil. Danışıqlar yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyətin verilməsi üzrə gedir. Həmsədrlər ermənilərin mövqeyinin dəyişkənliyi ilə bağlı konkret mövqeyə malik olmalıdırlar”,-deyə Prezident Administrasiyasının nümayəndəsi bildirib.
“Zənnimcə, həmsədrlərin iş prinsipində çatışmazlıqlar var. Vasitəçilər, arbitrlər, hakimlər kimi həmsədrlər də beynəlxalq hüquqa əsaslanmalıdırlar. Onlar beynəlxalq hüquq çərçivəsində müəyyən mövqedən çıxış etməli və öz göstərişlərini verməlidirlər. Bundan sonra dünya birliyi, ATƏT, BMT və onun Təhlükəsizlik Şurası öz mövqeyini bildirməlidir. Təəssüf ki, biz indiyə kimi ədalətli mövqe görməmişik”,-deyə N.Məmmədov vurğulayıb.
İyunda Sankt-Peterburqda ATƏT-in Minsk Qrupu həmsədr ölkələri (ABŞ, Fransa və Rusiya) prezidentlərinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşünün mümkünlüyünü şərh edən N.Məmmədov qeyd edib ki, bu gün dünyanın aparıcı dövlətlərinin üzərinə böyük məsuliyyət düşür.
“Bu gün dünyada baş verən böyük hadisələrin günahkarları əslində elə böyük dövlətlərdir. Onlar həm böyük, həm də kiçik məsələlər üzrə ədalətli, prinsipial mövqe nümayiş etdirməlidirlər. Əks halda, bu, həmin dövlətlərin özləri üçün mənfi nəticələrə səbəb olar. Dünyada heç nə əbədi deyil. Heç bir nəhəng imperiya, superdövlət əbədi olmayıb. Bunu son iki min ilin tarixi də göstərir. Əgər həmsədr ölkələrin üç prezidenti toplaşaraq münaqişənin həllinə dair konkret mövqe ilə çıxış etsə, bu, ideal variant olacaq. Buna ümid edirik”,-deyə N.Məmmədov vurğulayıb. O, Sankt-Peterburq danışıqlarında irəliləyişə nail olunmasının mümkünlüyünü qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət