Qərb politoloqları Vladimir Sokor, Brenda Şaffer və Den Feyta hesab edirlər ki, Azərbaycan bu günədək ABŞ və Qərbin etibarlı dostu olsa da, Qərb Azərbaycana qarşı siyasətində səhvlərə yol verir.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, Vaşinqtonda Ceymstaun Fondu tərəfindən təşkil edilən “Azərbaycan və Qərb: Avrasiya kəsişməsində strateji tərəfdaşlıq” mövzusunda konfransda çıxış edən politoloqlar Qərb üçün Azərbaycanın əhəmiyyətini vurğulayıblar.
Politoloqlar Qərbin Azərbaycana qarşı siyasətində əsas nöqsan kimi 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş Azadlığa Dəstək Aktına 907-ci düzəlişin saxlanmasını, passivliyi, həmçinin Qarabağ münaqişəsinin həllində ədalətsiz mövqeni göstəriblər.
907-ci düzəlişin ləğvi, prezident Barak Obama da daxil olmaqla, ABŞ-ın ən yüksək vəzifəli şəsxlərinin Azərbaycana səfərlərinin təşkili, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması təklif edilib.
Məlumatda deyilir ki, bu konfransın keçirilməsində məqsəd Azərbaycanın rolunun artdığının ABŞ-ın elmi və analoji mərkəzlərində tanınmasıdır. Tədbir amerikalı ekspertlərin təşəbbüsü ilə keçirilib. Onlar Amerika siyasəti üçün Azərbaycanın əhəmiyyəti haqda fikirlərini Ağ evin və Konqresə çatdırıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət