Vergilər Nazirliyi 2009-cu ilin yanvar-aprel aylarında “bir pəncərə” prinsipi üzrə 1,9 min hüquqi şəxsi qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Cari ilin yanvar ayında 498, fevralda 560, martda 311, apreldə 531 hüquqi şəxs qeydiyyata alınıb", - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, apreldə hər gün orta hesabla 24 hüquqi şəxs qeydiyyata alınıb. Yanvar ayında bu göstərici 26, fevralda 28, martda 22 hüquqi şəxsə bərabər olub.
Mənbə vurğulayıb ki, apreldə Vergilər Nazirliyi bir sıra iri dövlət, özəl, xarici müəssisələrin qeydiyyatını həyata keçirib.
Xüsusilə Vergi İdarəsi nizamnamə kapitalı 100 min manat olan Caspian Financial Ltd MMC-ni qeydiyyata alıb. Cəmiyyətin təsisçiləri AGBank ASC və Kayman adalarında qeydiyyata alınmış Kazimir Investments Limited şirkətidir.
Bundan başqa hesabat ayında Azərbaycanda Nijeqorod kimya-əczaçılıq zavodunun nümayəndəliyi, Vircinya adalarında qeydiyyata alınmış və Azərbaycanda neft yataqlarının işlənməsində iştirak etməyi planlaşdıran Neftechala Operating Company ltd, Neftechala Investments Limited, Shirvan Operating Company Limited şirkətlərinin respiblikada filialı qeydiyyata alınıb.
Vergilər Nazirliyi aprel ayında həmiçinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış və nizamnamə kapitalı 3,656 mln. manat olan “Ağdam Olimpiya Kompleksi” MMC-ni, nizamnamə kapitalı $150 min olan Caspian Marketing (Türkiyənin Anadolu Efes Biracilik ve Malt Sanayii şirkəti tərəfindən yaradılıb), nizamnamə kapitalı 100 min manat olan “Neftçi” mənzil-tikinti kooperativini (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR – KPS, Azgerneft, SOCAR-UGE və SOCAR Petroleum tərəfindən yaradılıb) qeydiyyata alıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2008-ci ildə Vergilər Nazirliyi “bir pəncərə” prinsipi üzrə 44,272 min sahibkarlıq subyektini, o cümlədən 6 471 hüquqi şəxsi qeydiyyata alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət