SOCAR N. Nərimanov adına NQÇİ-dəki 4 nömrəli kompressor stansiyasını yenidənqurmadan sonra istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
«Əsas vəzifəsi neft hasilatının qazlift sistemi üçün yüksək təzyiqli qazın əldə edilməsi olan stansiyanın istehsal gücü sutkada 1,4 milyon kubmetrdir. Qazı 4 atmosfer təzyiqində qəbul edən stansiya onu 90 atmosferə qədər sıxma qabiliyyətinə malikdir. Stansiya avtomatik rejimdə çalışan elektron təhlükəsizlik və yanğın əleyhinə idarəetmə sistemi ilə təchiz edilib. Qazın sıxılması prosesi avtomatik nəzarətdə saxlanılır”, - deyə məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, stansiyanın modernləşdirilməsinə 20 milyon 65 min manat vəsait sərf edilib. Bunun əsas hissəsi – 16 milyon 87 min manat yeni avadanlığın alınmasına yönəldilib. Tikintinin baş podratçısı ARDNŞ-in “Neftqaztikinti” trestidir.
«N.Nərimanov adına NQÇİ-dən gündəlik 1048 ton neft, 1,6 milyon kubmetr qaz hasil edilir. Bu kompressor stansiyasının istisamara verilməsi burada neft hasilatını uzun illər sabit saxlamağa imkan verəcək», -deyə məlumatda deyilir.
N.Nərimanov adına NQÇİ Duvannı-dəniz-Səngəçal-dəniz – Xara-Zirə yataqlarını işləyir. Yatağın işləndiyi 46 ildə buradan ümumilikdə 72,5 mln. ton neft və 65 mlrd. kubmetr qaz hasil olunub. Quyulardan neft hasilatı fonatnla deyil, qazlift üsulu ilə həyata keçirilir.
Bu NQÇİ SOCAR-da ən iri kompressor stansiyaları parkına malikdir. Onların ümumi sayı 7-dir.
2003-cü ildən SOCAR öz neft mədənlərində kompressor stansiyalarının yenidənqurulması üzrə iş aparır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət