Beynəlxalq Maliyyə Korporasiyası (İFC) 2009-cu il iyunun birinci yarısında Azərbaycanda kiçik və orta sahibkarlığın hazırki vəziyyəti haqda hesabatı və respublikada biznes mühitin yaxşılaşdırılması üzrə tövsiyyələri dərc edəcək. Bu barədə İFC-in “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması” üzrə layihəsinin rəhbəri Boris Divyak çərşənbə günü jurnalistlərə məlumat verib.
“Hesabatla bağlı bəzi məsələlər var idi və biz onları İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə razılaşdırdıq. Bizim planlara görə, mayın 30-da hesabat dərc olunmaq üçün göndəriləcək, iyunun əvvəlində isə onun təqdimatı keçiriləcək”,-deyə B.Divyak bildirib.
Onun sözlərinə görə, hazırda layihə çərçivəsində huquqi bazanın təhlili və Azərbaycanda tətbiq edilən icazə sisteminin identifikasiyası başa çatdırılır. “Hazırda biz müxtəlif iş və xidmət növlərinə icazələrin verilməsi ilə məşğul olan hər bir dövlət qurumunun nümayəndələri ilə görüşlər keçiririk. Əldə etdiyimiz məlumatları ümumiləşdirdikdən sonra icazələrin verilməsi ilə bağlı prosedurun razılaşdırılması məsələsini İqtisadi İnkişaf Nazirliyi ilə müzakirə edəcəyik”,-deyə o vurğulayıb.
B.Divyak deyib ki, IFC sentyabra kimi Azərbaycanda verilən icazələrin reyestrini hazırlamağı planlaşdırır. “Hazırda 211 icazə identifikasiya edilib və bu proses davam edir. Bizim hesablamalara görə, Azərbaycanda verilən icazələrin ümumi sayı 1 minə çata bilər”,-deyə o əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycanda kiçik və orta sahibkarlığın hazırki vəziyyəti haqda hesabat 1,8 min yerli şirkət arasında aparılan sorğu əsasında hazırlanıb.
“Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması” üzrə layihə 2007-ci ilin sonlarında reallaşmağa başlayıb və 5 il müddətinə nəzərdə tutulub. Layihənin dəyəri $5 mln. təşkil edir. Layihə İsveçrənin iqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO), həmçinin BP neft şirkəti və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Azərbaycan 1995-ci ildən IFC-in üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 40 layihənin maliyyələşdirilməsinə $300 mln. yönəldib və $104 mln. məbləğində sindikatlaşdırılmış kreditləşməni təmin edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət