Sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaq istəyən 32 fiziki şəxs Maliyyə Nazirliyinin növbəti attestasiyasından keçib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“Maliyyə Nazirliyi iyunun 10-da və 12-də sığorta agenti kimi fəaliyyət göstərməkdə maraqlı olan şəxslərin attestasiyası üçün test imtahanı keçirib. İmtahanda 40 nəfər iştirak edib. 32 nəfər təqdim olunan 100 sualdan 70-dən çoxuna düzgün cavab verib və sığorta agenti kimi fəaliyyə göstərmək üçün lisenziya almaq hüququna malikdir”,-deyə məlumatda qeyd olunur.
2009-cu ilin fevral-iyun aylarında sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaq istəyən 172 fiziki şəxs Maliyyə Nazirliyinin attestasiyasından keçib.
Xəbər verildiyi kimi, test imtahanı “Sığorta sahəsində vasitəçilik fəaliyyəti üçün lisenziya alınmasında maraqlı olan fiziki şəxslər və sığorta təşkilatlarında rəhbər vəzifəyə iddia edən namizədlər üçün attestasiyanın keçirilməsi qaydaları”na uyğun olaraq keçirilir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə görə, sığorta agentləri lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agentlik fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirəcəklər.
Sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziyaya görə dövlət rüsumu hüquqi şəxslər üçün 1 min manat, fiziki şəxslər üçün 200 manatdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət