Cari ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 11 mlrd. 366,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, 2009-cu ilin yanvar-may aylarında ÜDM-in 60%-i istehsal, 30,7%-i xidmət, 9,3%-i vergi sahəsində əmələ gəlib.
Bundan başqa hesabat dövründə ÜDM-nin 43,2%-i neft sektorunda yaranıb. Yanvar-may aylarında qeyri-neft sektorunda ÜDM-in həcmi 6,6%, neft sektorunda 3,3% artıb.
Hesabat dövründə ÜDM-in strukturunda 46,9% sənaye, 3% kənd təsərrüfatı, 10,1% inşaat, 7,2% nəqliyyat, 2,2% rabitə, qalan göstəricilər digər sektorların payına düşüb.
Cari ilin yanvar-may aylarında Azərbaycanda adambaşına ÜDM 1 min 317,1 manat ($1 638,2) təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 3,2% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət