Azərbaycanın dövlət büdcəsinin profisiti 2009-cu ilin yanvar-aprel aylarında 261,8 mln. manat və ya ÜDM-in 2,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2009-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 3 mlrd. 234,2 mln. manat, xərcləri 2 mlrd. 972,4 mln. manat təşkil edib”,-deyə Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 5,6% azalıb, xərclər isə əksinə, 39,5% artıb.
Dövlət büdcəsinin vergi gəlirləri strukturunda 46,6% ƏDV üzrə, 26,4% hüquqi şəxslərdən mənfəət vergisi üzrə, 12,4% gəlir vergisi, 4,8% aksizlər, qalanı digər vergi və daxilolmalar üzrə təmin edilib.
Gəlirlər strukturunda 1,4 mlrd. manat və ya 47,2% iqtisadiyyata investisiyalara, 378,2 mln. manat və ya 12,7% əhalinin sosial müdafiəsi və sosial təminatına, 405,2 mln. və ya 13,6% səhiyyə və təhsil sahələrinin maliyyələşdirilməsinə yönəlib.
Ümumilikdə, hesabat dövründə bütün xərclərin 30,3%-i və ya 900,4 mln. manat əhalinin sosial ödınişlərinin maliyyələşdirilməsinə yönəlib.
2009-cu il üçün dövlət büdcəsinin gəlirləri 12 mlrd. 177 mln. manat və ya ÜDM-in 27,9%-i, xərcləri 12 mlrd. 355 mln. manat və ya ÜDM-in 28,3%-i, kəsir 178 mln. manat və ÜDM-in 0,4%-i səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət