2009-cu ilin mayında Azərbaycanda deflyasiya 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mayda ərzaq mallarının qiyməti 0,4% ucuzlaşıb. Bundan başqa hesabat ayında ət məhsulları 1,1%, qənd, cem, şokolad - 0,3%, yağ və piy – 2,2%, tərəvəz – 3%, süd məmulatları, pendir, yumurta 3,8%, balıq məhsulları 1,3%, spirtli içkilər 0,2% ucuzlaşıb.
Mayda pivə 1,7%, meyvə 9,7%, çörək və taxıl məhsulları 0,6% bahalaşıb.
Həmin ay qeyri-ərzaq malları 0,3% ucuzlaşıb. Hesabat ayında geyim 0,4%, ayaqqabı 0,2%, minik avtomobilləri 0,3%, inşaat materialları 1,6%, mebel və ev məmulatları 0,7% ucuzlaşıb.
Eyni zamanda may ayında şüşə məmulatlar 0,2%, zinət əşyaları 1,3%, dərman və medikamentlər 1,1%, parça 0,1% bahalaşıb.
Keçən ay xidmətlərin qiyməti dəyişməyib.
May ayında Bakıda deflyasiya 0,8% təşkil edib. Bundan əlavə hesabat ayında paytaxtda ərzaq malları 1,3%, qeyri-ərzaq malları - 0,5% ucuzlaşıb, xidmətlərin qiyməti dəyişməyib.
DSK-nın məlumatına görə, 2009-cu ilin mayında Azərbaycanda inflyasiya 2008-ci ilin may ayı ilə müqayisədə (illik hesablamada - İF) 4,9%, o cümlədən ərzaq malları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 6,4%, xidmətlər üzrə 5,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2008-ci ildə Azərbaycanda inflyasiya illik hesablamada 20,8% təşkil edib. 2009-cu il üçün Azərbaycan hökuməti inflyasiyanı illik hesablamada 5%-dək səviyyədə proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət