2009-cu ilin yanvar-may aylarında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunları dünya böhranının bizim ölkəyə minimal dərəcədə toxunmasına dair nüfuzlu beynəlxalq reytinq və maliyyə təşkilatlarının rəyini təsdiqləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov məlumat verib.
O, Dövlət Statistika Komitəsinə istinad edərək bildirib ki, ötən dövrdə Azərbaycanda ÜDM keçən ilin analoji dövrü ilə müqayisədə 4,4% artıb, qeyri-neft sektorunda 6,6% təşkil edib.
“İqtisadiyyatın bütün sektorlarında müsbət dinamika qeyd olunub. Məsələn, qeyri-neft sektorunda investisiyaların artımı rekord göstərici - 31,9% təşkil edib”,-deyə F.Axundov bildirib. Onun fikrincə, pərakəndə əmtəə dövriyyəsinin həcminin 8,2% artması xüsusilə önəm kəsb edir və bu onu göztərir ki, böhran əhalinin alıcılıq qabiliyyətinə zərbə vurmayıb.
Beş ayın yekunlarına görə, adambaşına ÜDM-in həcmi 3,2% artaraq $1638 təşkil edib.
Sənaye sektorunda vəziyyəti şərh edən F.Axundov deyib ki, sənaye strukturunda hasilat sənayesi sahələri qabaqlayıcı templə inkişaf edib - 2,7% və bütün sahədə 1,3% artımı təmin ediblər.
“Emal sektorlarında vəziyyət o qədər də nikbin deyil, halbuki, ayrı-ayrı sahələrdə də sellüloz-kağız 3,5 dəfə, maşınqayırmada 29%, nəqliyyat avadanlığı istehsalında 9,1% olmaqla xeyli artım müşahidə olunub: - deyə sektor müdiri vurğulayıb.
Strateji neft-qaz sektoruna gəlincə, F.Axundov qeyd edib ki, ötən dövrdə neft hasilatı 2,3% artaraq 20,3 mln. ton, təbii qaz 2,4% artaraq 10 mlrd. kub.m. təşkil edib.
“Böhranın Azərbaycan bazarında investisiya fəallığının azalmasına səbəb olacağı barədə yerli ekspertlərin çoxsaylı bədbin proqnozlarının əksinə, burada da 0,4% cüzi artım müşahidə olunub”,-deyə F.Axundov bildirib.
O qeyd edib ki, kapital qoyuluşları bütün investisiya mənbələri üzrə – həm həcmi 75% artan bank kreditlərinin hesabına, həm əhalinin öz vəsaitlərinin hesabına (artım 43,5%), büdcədənkənar fondlar (17,3%) və büdcə vəsaitlərinin hesabına (22,3%) artıb.
F.Axundov əlavə edib ki, sonuncu rəqəm olduqca rəmzi xarakter daşıyır – iqtisadiyyatın inkişafına kapital qoyuluşları büdcənin xərclər hissəsinin 47,2%-ni təşkil edib ki, bu da dövlət büdcəsinin investisiya xarakterindən xəbər verir. “Prezident İlham Əliyevin vəd etdiyi kimi, milli investisiya layihələri əlverişsiz dünya iqtisadi konyukturasından və dünya maliyyə böhranının nəticələrindən asılı olmayaraq maliyyələşdirilib”,-deyə F.Axundov bildirib.
Kapital qoyuluşları həcminin artımı demək olar ki, iqtisadiyyatın bütün sektorlarında - kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, həmçinin emal sənayesində qeydə alınıb.
“Həmin müddətdə xarici investisiyaların həcminin 52% azalaraq $500 mln.- a yaxın təşkil etməsinə baxmayaraq, bu azalma ölkədə investisiya durumuna təsir göstərməyib. Çünki iqtisadiyyat əsasən daxili investisiyaların hesabına inkişaf edir ki, ümumi kapital qoyuluşları axınında bunun payı böyükdür və 82,8% təşkil edir. Təsadüfü deyil ki, prezident İlham Əliyev daxili investisiyaların artımına güclü iqtisadi resursların göstəricisi kimi diqqət yetirir”,-deyə F.Axundov vurğulayıb.
O qeyd edib ki, aparıcı investor-ölkələr qrupunun tərkibi bir qədər dəyişib. Ənənəvi liderlər Böyük Britaniya, ABŞ, Yaponiya və Norveçə Fransa və Türkiyə də əlavə olunub.
Büdcəyə gəlincə, F.Axundov onun profisitlə yerinə yetirildiyini bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət