Hesablama Palatası hökumətə respublikada istehsal olunan spirtli içkilərin aksiz vergisinin dərəcəsini artırmağı tövsiyə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
"Palata respublikada istehsal olunan spirtli içkilərin aksiz vergisinin ödənilməsinə cəlb olunmasının monitorinqini keçirib. Monitorinqin nəticələrinə görə, bu vergi növünün yığımı üzrə çoxlu ehtiyatlar mövcuddur. Bundan başqa bu sahədə dövlət nəzarətinin gücləndirilməsinə zərurət var", - deyə palatanın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2004-cü il yanvarın 1-dən spirtli içkilərin daxili istehsalının aksiz dərəcələri içkidən asılı olaraq bir litrə görə 0,08 manatla 0,8 manat arasında dəyişir.
"2004-2008-ci illərdə Azərbaycanda sürətli iqtisadi artım müşahidə edilib. Bundan başqa müəyyən inflyasiya tendensiyaları da olub. Buna görə də hesab edirik ki, spirtli içkilərin daxili istehsalının aksiz dərəcələri real iqtisadi konyunkturaya, o cümlədən spirtli məmulatların cari qiymətlərinə müvafiq olmalıdır", - deyə nümayəndə qeyd edib.
Palatada hesab edirlər ki, respublikada istehsal edilən spirtli içkilərin aksiz dərəcələrinin artırılması dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin potensialını aşkar etmək üçün əhəmiyyətlidir. Ancaq bu, əsas məhsulun qiymətinin müəyyən qədər artmasına gətirib çıxaracaq.
Mənbə əlavə edib ki, Hesablama Palatası spirtli içkilərin aksiz markaları ilə markalanması ilə bağlı tövsiyələrini də hökumətə təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət