Azərbaycan Françayzinq Assosiasiyası (AFA) 2009-cu ildə Ümumdünya Françayzinq Assosiasiyası və Avropa Françayzinq Federasiyasının üzvü olmağı planlaşdırır. Bu barədə AFA-nın İdarə Heyətinin sədri Elşən Musayev cümə günü jurnalistlərə məlumat verilib.
“Fəaliyyətimiz dövründə Türkiyə, Yunanıstan, Baltik ölkələri françayzinq assosiasiyaları ilə əməkdaşlıq yaratmışıq. Bu ilin sonunadək Avropa Françayzinq Federasiyasının və Ümumdünya Françayzinq Assosiasiyasının üzvü olmağı planlaşdırırıq”,-deyə E.Musayev bildirib.
Ümumdünya Françayzinq Assosiasiyası 1960-cı ildə yaradılıb.
Avropa Françayzinq Federasiyası 1972-ci ildə yaradılıb. Onun məqsədləri Avropada françayzinqin inkişafına yardım göstərmək, beynəlxalq təşkilatlarda françayzinqin maraqlarını təmsil etmək, beynəlxalq arenada Avropa françayzinqinin və onun üzvlərinin irəliləməsi və təmsil olunması, Avropa və qitələrin ölkələrinin milli Françayzinq assosiasiyaları arasında informasiya və sənədləşmə mübadiləsidir. Avropa FA-nın üzvləri 17 Avropa ölkəsinin milli Françayzinq assosiasiyalarıdır.
Azərbaycan Françayzinq Assosiasiyası 2007-ci ilin fevralında qeydiyyata alınıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət