Azərbaycan parlamenti “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişiklikləri qəbul edib. Bundan başqa, parlament əcnəbilərin QHT-nin fəaliyyətində iştirakını məhdudlaşdıran düzəlişlərdən imtina edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə deputat Azay Quliyev məlumat verib.
“Milli Məclis qeyri-hökumət təşkilatlarının fikrini nəzərə alıb və düzəlişləri qəbul etməkdən imtina edib. Bu təşkilatların fikrincə, həmin düzəlişlər onların fəaliyyətini məhdudlaşdıra bilər”, - deyə eyni zamanda prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri olan Azay Quliyev bəyan edib.
O deyib ki, qəbul olunmaq üçün iyunun 19-da parlamentə təqdim edilən düzəlişlər layihəsindən QHT-nin icbari qeydiyyatı haqqında norma, həmçinin ümummilli QHT statusu almaq üçün ölkənin 1/3 inzibati vahidində QHT-nin filiallarının icbari yaradılmasına dair təklif də çıxarılıb.
A.Quliyev onu da bildirib ki, QHT üzvləri barədə Ədliyyə Nazirliyinə icbari məlumat verilməsi haqqında düzəlişlər ləğv olunub; qeyri-hökumət təşkilatı qanun pozuntusu ilə əlaqədar ləğv edilmiş konkret şəxsə 5 il ərzində QHT təsis etməyin qadağan edilməsi haqda norma; xarici QHT-nin fəaliyyəti üçün hökumətlərarası saziş tələb edən norma; QHT-nin maliyyə fəaliyyəti barədə illik hesabatın və auditin nəticələrinin Ədliyyə Nazirliyinə təqdim edilməsi məsələsi; QHT-nin əmlakının 50%-dən çoxunun xarici mənbələrin hesabına formalaşmasına imkan verməyən norma çıxarılıb. Bundan başqa artıq mövcud olan QHT-nin yenidən qeydiyyatdan keçməsini nəzərdə tutan norma da sənəddən çıxarılıb.
Bununla yanaşı, İctimai Fondun təsis edilməsi üçün nizamnamə fondunun minimal həcmi 50 min manatdan 10 min manatadək azaldılıb.
A.Quliyev bildirib ki, düzəlişlərdə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını, eləcə də onların filial və nümayəndəliklərinin müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qeydiyyatını nəzərdə tutan müddəalar saxlanılıb.
Düzəlişlərə görə, qeyri-hökumət təşkilatlarını qeydiyyata alan dövlət orqanı QHT tərəfindən terrorizmin, “çirkli pullar”ın yuyulmasının maliyyələşdirilməsinin mümkünlüyü ilə bağlı əlaqələrinin yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərir. Öz növbəsində, müvafiq icra hakimiyyəti orqanları sorğuya 30 gün ərzində cavab verməlidir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət