RF-in Bakıdakı səfiri Vladimir Doroxin Rusiya prezidenti Dmitri Medvedyevin iyunun 28-də Azərbaycana səfərinin yekunlarından razıdır.
“Medvedyevin Azərbaycana səfərinin əsas yekunu hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən və münasibətlərin tərəfdaşlıq, mehriban qonşuluq ruhunda irəliləməsini təmin edən bəzi məsələlərlə bağlı prinsipial razılaşmaların əldə olunmasıdır”,-deyə Rusiya səfiri cümə axşamı mətbuat konransında bildirib.
Səfir həmçinin deyib ki, səfər zamanı ikitərəfli danışıqların gündəliyinə dövlət sərhədlərinin delimitasiyası məsələsi də daxil olub. “Danışıqlar kifayət qədər yaxşı keçir. Biz sərhəddin keçməli olduğu xəttin 90%-dən çoxunu razılaşdırmışıq, razılaşdırılmamış bir neçə sahə - Samur çayından keçən ən mürəkkəb və mühüm sahə qalır”,-deyə V.Doroxin vurğulayıb.
O qeyd edib ki, çayın su resurslarından istifadə sərhəddin keçdiyi xətdən asılıdır. Səfir deyib ki, səfər zamanı dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılması prinsipləri üzrə imzalanan bəyanat kompromislərin parametrlərini müəyyən edir. Bu kompromislərin əsasında sərhəd probleminin qarşılıqlı məqbul həllinə nail olmaq olar.
“Azərbaycanın su resurslarından (Samur çayı) birgə istifadəyə və Samur-Abşeron su qovşağının birgə istismarına dair təklifləri bu məsələdə qarşılıqlı məqbul anlaşmaya nail olmağa imkan verib”,-deyə V.Doroxin qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət