Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə dünya iqtisadiyyatnın 1,4% azalacağını, 2010-cu ildə 2,5% artacağını proqnozlaşdırır. Bu barədə fondun saytında dərc olunmuş yeni World Economic Outlook icmalında deyilir.
Ümumilikdə, BVF dünya ÜDM-in həcmi ilə bağlı proqnozları yaxşılaşdırıb.
BVF-nin proqnozlarına görə, cari ildə Mərkəzi və Şərqi Avropa ölkələrində ÜDM 5% azalacaq, 2010-cu ildə iqtisadi artım 1% səviyyəsində olacaq.
2009-cu ildə MDB ölkələrində iqtisadiyyat 5,8% azalacaq, 2010-cu ildə 1% artacaq.
Fondun qiymətləndirmələrinə görə, 2009-cu ildə dünya ticarəti 12,2% azalacaq, 2010-cu ildə isə ticarətin artımı 1% təşkil edəcək.
Bundan başqa fond cari ildə iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə inflyasiyanı 5,3%, 2010-cu ildə 4,6% səviyyəsində proqnozlaşdırır.
BVF-nin proqnozlarına görə, 2010-cu ildə neftin orta qiyməti bir barelə görə $74,5 olacaq.
Xəbər verildiyi kimi, BVF 2009-cu ildə Azərbaycanda ÜDM-in artımını 2,5%, o cümlədən qeyri-neft sektorunda 4%, neft sektorunda 1% səviyyəsində proqnozlaşdırır. BVF 2010-cu il üçün Azərbaycanda ÜDM-in artımını bir barel neftin qiyməti $62 olmaqla 12,3% proqnozlaşdırır.
Fondun proqnozlarına görə, cari ildə Azərbaycanda inflyasiya 4%, gələn il 7%, 2009-cu ildə ödəniş balanasının profisiti ÜDM-in 10,8%-ni ВВП, 2010-ci ildə 18,4%-ni təşkil edəcək.
Azərbaycan 1992-ci il sentyabrın 18-də BVF-yə qoşulub, respublikanın fondda kvotası 160,9 mln. SDR ($248 mln.) təşkil edir. Hazırda Azərbaycan BVF-in kredit ehtiyatları olmadan fonddan yalnız texniki yardım alır. 2009-cu il aprelin 1-i üçün respublikanın fonda borcu $70,2 mln. təşkil edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət