"Günay Anadolu sığorta" şirkəti 2009-cu ilin 1-ci yarısında tədiyyə yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 31,6% - $434,7 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə şirkət tərəfindən 577 sığorta müqaviləsi bağlanıb. Halbuki, 2008-ci ilin yanvar-iyun aylarında bu göstərici 1097 təşkil edib.
Hesabat dövründə yanğından sığorta üzrə tədiyyə yığımı $190,4 min (artım 12%), avto-KASKO üzrə $115,6 min (artım 11,8%), tibbi sığorta üzrə $24,3 min (azalma 2 dəfə), bədbəxt hadisələr üzrə $39,6 min (artım 50,6%), montaj risklərinin sığortalanması $47,5 min (azalma 5,6 dəfə) təşkil edib.
Tədiyyələrin qalan həcmi sığortanın başqa növləri üzrə əldə olunub.
Hesabat dövründə "Günay Anadolu sığorta $140,9 min məbləğində sığorta ödənişi həyata keçirib ki, bu da 2008-ci ilin 1-ci yarısının göstəricisindən 77,7% çoxdur. Yanvar-iyun aylarında şirkət tərəfindən 126 sığorta hadisəsi üzrə ödəniş həyata keçirilib. Halbuki, 2008-ci ilin 1-ci yarısında bu göstərici 125 təşkil edib.
Hesabat dövründə avto-KASKO sığortası üzrə ödənişlər $70,7 min (artım 93,5%), tibbi sığorta üzrə $17,1 min (azalma 25,1%), bədbəxt hadisələrdən sığorta üzrə $47,1 min (artım 47 dəfə) təşkil edib.
Qalan ödənişlər sığortanın digər növləri üzrə həyata keçirilib.
"Günay Anadolu sığorta" şirkəti ASC 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri sığorta şirkətlərindən biridir. Şirkət sığortanın 15 növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. Nizamnamə kapitalı 806 min manat təşkil edir. Şirkətin səhmdarları 2 fiziki (pay 65,38%), 1 hüquqi şəxs - "Günaybank" ASC-dir (pay 34,62%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət