“Azərdəmiryolbank” 2009-cu ilin 1-ci yarısında aktivlərini 6% - 211,232 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2009-cu il iyulun 1-i üçün bankın kredit portfeli 163,532 mln. manat (azalma 3%), müddəti bitmiş kreditlər 6,123 mln. manat (artım 44,4%), öhdəlikləri 165,9 mln. manat (azalma 11,5%), depozitlər 51,017 mln. manat (artım 21,7%) təşkil edib.
Hesabat dövründə bankın investisiyaları 614,1 min manat təşkil edib.
Bu il iyulun əvvəli üçün nizamnamə kapitalı 13,4 mln. manata bərabər olub (dəyişməyib), məcmu kapitl 45,341 mln. (artım 21,2%) təşkil edib.
Bu ilin 1-ci yarısında bankın əldə etdiyi vergidən əvvəlki mənfəət 3,898 mln. manat təşkil edir.
“Azərdəmiryolbank” ASC 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. “Azərdəmiryolbank”ın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Səhmdarların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm), Hollandiyanın maliyyə inkişaf şirkəti (FMO) (10%) var.
“Azərdəmiryolbank” 2008-ci ilin yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 310-cu, Azərbaycanın 46 bankı arasında 9-cu yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət