Azərbaycan İpoteka Fondu (AİF) 2009-cu il iyulun 14-də 5 mln. manat məbləğində istiqrazların yerləşdirilməsi üzrə ikinci hərracın keçirilməsinə dair qərar qəbul edib. Bu barədə fondun məlumatında deyilir.
"QKDK 2009-cu ilin mayında AİF-in 55 mln. manat məbləğində istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu vəsaitlərdən 15 mln. manat iyunun 16-da hərracda yerləşdirilib. İndi AİF ikinci hərracın keçirilməsinə dair qərar qəbul edib. Bu hərrac çərçivəsində 5 mln. manat məbləğində istiqrazların yerləşdirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd olunur.
İstiqrazlar Bakı Fond Birjasında yerləşdiriləcək.
İkinci hərraca hər birinin nominal dəyəri 1000 manat olan 5 min istiqraz çıxarılacaq. İstiqrazlar üzrə gəlirlilik illik 3% təşkil edir. İstiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir.
Xəbər verildiyi kimi, QKDK 2009-cu il mayın 29-da AİF-in 55 mln. manat məbləğində istiqrazlarının emissiyasını qeydiyyata alıb. Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 55 min istiqraza ayrılıb. İstiqrazlar 7 il müddətinə və illik 3% dərəcə ilə buraxılıb.
AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin 18 müvəkkil bank vasitəsilə verilməsi prosesini bərpa edib. İpoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına veriləcək.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına veriləcək. Kreditlər 3 ildən 25 ilədək müddətə veriləcək. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Şərtlərə görə, kredit üzrə aylıq ödəniş kredit götürənin ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Kredit götürən öz həyatını və əmək qabiliyyətini, eləcə də ipotekaya götürdüyü əmlakı mütləq sığorta etdirməlidir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyununda fond maliyyə çatışmazlığı ilə əlaqədar ipoteka kreditlərinin verilməsini dayandırıb. Ümumilikdə AİF 1,7 min ipoteka krediti verib. İpoteka kreditləri fondun vəsaitləri hesabına və illik 6,5%-lə verilib.
2009-cu ilin iyununda AİF-in agent bankları 1 mln. manata yaxın məbləğdə 20 ipoteka krediti verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət