2009-cu ilin I yarısında milli valyutanın - manatın ABŞ dollarına nisbətən məzənnəsi 0,4% ucuzlaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-iyun aylarında pul siyasətinin icrasına dair hesabatında deyilir.
"I rübdə qonşu ölkələrdə gedən devalvasiya proseslərinin psixoloji təsiri nəticəsində Azərbaycanın valyuta bazarında tələbat artıb. Lakin ikinci rübdə əks mənzərə müşahidə edilib və ABŞ dllarına tələbat azalıb", - deyə hesabatda bildirilir.
AMB-nin qiymətləndirmələrinə görə, valyuta bazarında proseslərə vaxtında müdaxilə manatın məzənnəsinin sabitliyini saxlamağa imkan verib və nəticədə ilin əvvəlindən manat dollara nisbətən 0,4% ucuzlaşıb.
Hesabatda qeyd olunur ki, 2009-cu ilin I yarısında AMB inflyasiya gözləntilərinin azalmasına və işgüzar likvidliyin saxlanmasına yönəlmiş bir sıra tədbirlər həyata keçirib. Xüsusilə həmin dövrdə uçot dərəcəsi 8%-dən 2%-dək, faiz dəhlizinin yuxarı həddi 13%-dən 7%-dək, məcburi ehtiyat normaları 6%-dən 0,5%-dək azaldılıb.
"Həm manat, həm də xarici valyuta ilə məcburi ehtiyat normalarının azaldılması bank sistemini 250 mln. manat məbləğində likvidliklə təmin edib. Ümumilikdə, bankın likvidliyin təmin olunması ilə bağlı tədbirləri I yarımildə bank sistemini 600 mln. manat məbləğində likvid vəsaitlərlə təmin edib", - deyə hesabatda bildirilir.
2009-cu ilin yanvar-iyun aylarında AMB-nin notlarının yerləşdirilməsi üzrə 24 hərrac keçirilib. Notların emissiya həcmi 454 mln.manat, yerləşdirilmə həcmi 191 mln. manat və ya emissiyanın 42%-ni təşkil edib. Notlar üzrə orta ölçülmüş gəlirlilik 4,26%-dən (birinci hərracda - İF) 1,16%-dək (sonuncu hərrac - İF) azalıb. Notlar üzrə təkrar bazarın həcmi 36,9 mln. manat təşkil edib.
Hesabat dövründə Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə 61 hərrac keçirib. İstiqrazların emissiya həcmi 604 mln. manat, yerləşdirilmə həcmi 263,6 mln. manat təşkil edib. DQİ üzrə orta ölçülmüş gəlirlilik 5,7%-dən (birinci hərracda - İF) 6%-dək (sonuncu hərrac - İF) artıb. Maliyyə Nazirliyinin istiqrazları üzrə təkrar bazarın həcmi 137,5 mln. manat təşkil edib.
"Ümumilikdə, Mərkəzi Bankın apardığı pul siyasəti preventiv rejim şəraitində qabaqlayıcı tədbirlər hesabına maliyyə sabitliyinin saxlanmasını təmin edib", - deyə hesabatda qeyd olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət