Bazar ertəsi Bakıda Azərbaycan və Latviya prezidentləri İlham Əliyevlə Valdis Zatlers arasında danışıqların yekunları üzrə 4 ikitərəfli sənəd imzalanıb. Bunlar “Sənaye mülkiyyətinin hüquqi qorunması sahəsində informasiya mübadiləsi haqqında” qarşılıqlı anlaşma memorandumu, gənclər, idman və turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər, eləcə də Azərbaycan və Latviya prezidentlərinin birgə bəyannaməsidir.
İmzalanma mərasimindən sonra dövlət başçılarını ali ordenlərlə təltif etmə mərasimi keçirilib. Belə ki, İ.Əliyev dostluq və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə latviyalı həmkarını Heydər Əliyev ordeni ilə təltif edib. V.Zatlers isə ikitərəfli münasibətlərin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan prezidentini Latviyanın ən yüksək mükafatı olan Üç ulduz ordeni ilə mükafatlandırıb.
İ.Əliyev danışıqların yekunları ilə bağlı mətbuat qarşısında çıxışı zamanı imzalanan sənədlərin, eləcə də qarşıdakı çərşənbə axşamı keçiriləcək biznes-forumun iki ölkəni daha da yaxınlaşdıracağına və birgə layihələrin reallaşdırlmasına gətirib çıxaracağıəna ümid etdiyini bildirib. Prezidentin sözlərinə görə, energetika ikitərəfli əməkdaşlıqda xüsusi rol oynayır. O xatırladıb ki, Azərbaycan müxtəlif marşrutlarla öz enerji resurslarını Avropaya çatdırır. «Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır», - deyə İ.Əliyev qeyd edib. O, ixrac həcmlərinin gələcəkdə artırılacağını qeyd edib. Prezident nəql edən hər üç tərəfin – enerji resursları istehsalçısının, onların tranzitçisinin və istehlakçının maraqlarının təminatında balansın müəyyən edilməsinə tərəfdar olduğunu bildirib.
Prezident İ.Əliyev həmçinin Latviyaya Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığını dəstəklədiyinə görə təşəkkürünü bildirib. Öz növbəsində V.Zatlers Latviyanın bundan sonra da Azərbaycanın Avropaya inteqrasiyası proseslərini dəstəkləyəcəyini bildirib. Bundan əlavə, Latviya prezidenti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu da qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət