Ötən gün Lüksemburqda Avropa Bilriyi-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti 10-cu iclası keçirilib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
AB iclasda “üçlük” ilə təmsil olunub. “Üçlük” hazırda təşkilata sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, İspaniyanın Avropa məsələləri üzrə dövlət katibi Dieqo Lopes Qarrido (2010-cu ilin yanvarından iyuna kimi Avropa Birliyinə sədrlik edəcək) və xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Benita Ferrero-Valdnerdən ibarətdir.
İclas zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında AB və Azərbaycan arasında münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bildirilib ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri respublika və AB arasında əməkdaşlığa böyük təkan verib.
Tərəflər “Şərq tərəfdaşlığı” təşəbbüsünü dəstəkləyiblər və Azərbaycanla AB arasında əməkdaşlığın dərinləşməsi üçün assosiativ sazişlərin bağlanmasının vacibliyini vurğulayıblar.
Qarabağ nizamlanması ətrafında son vəziyyət müzakirə olunub. Görüş iştirakçılarına nizamlanma prosesi barədə məlumat verən E.Məmmədyarov bəyan edib ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmadan sərhədlərin açılması və kommunikasiyaların bərpası regiona davamlı sülh və sabitlik gətirməyəcək, çünki problemin mahiyyəti olan Azərbaycan ərazilərinin işğalı faktı hələ də aradan qaldırılmayıb.
Görüşdə Azərbaycanla AB arasında energetika sahəsində əməkdaşlıq nəzərdən keçirilib, Avropanın enerji təhlükəsizliyinin və enerji daşıyıcılarının müxtəlifliyinin təmin olunmasında respublikanın rolu qeyd olunub.
AB Azərbaycanı əmin edib ki, BMT-nin Baş Assambleyasında Azərbaycanın təklif etdiyi “Transmilli Avrasiya Super İnformasiya Magistralı” qətnamə layihəsini dəstəkləyəcək. Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Avropa Tədqiqatları Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.
Görüşdə həmçinin vurğulanıb ki, demokratik islahatlar prosesi Azərbaycanın suverenliyinin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət