Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azerfon” şirkətinin 3G texnologiyası üzrə mobil rabitə xidməti göstərməsi üçün lisenziya verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Qeyd olunub ki, lisenziya ilə yanaşı şirkətə 2,1 meqahers tezlik verilib.
Şirkətdən bildirilib ki, dekabrda “Azerfon” 3G texnologiyası üzrə öz imkanlarının təqdimatına başlayacaq.
Xəbər verildiyi kimi, 3G mobil rabitəsi üçün lisenziyaya görə dövlət rüsumunun məbləği 11 min manat təşkil edir. Lisenziyanın verilməsi Rabitə Nazirliyinə həvalə edilib.
2009-cu ilin sentyabrında Nazirlər Kabineti 3G texnologiyası (üçüncü nəsil şəbəkəsi) üzrə mobil rabitə xidmətləri göstərmək məqsədilə lisenziya almaq üçün vacib olan şərtlərin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin qərarına görə, bu lisenziyanı almaq üçün şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat; şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat; təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat; 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat; «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi təqdim edilməlidir.
“Azerfon” MMC kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də “Nar Mobile” ticarət markası adı altında başlayıb. Şirkətin abonentlərinin sayı 1,5 mln. manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət