2009-cu ilin yanvar-oktyabr aylarında MDB ölkələri arasında sənaye istehsalında 2008-ci ilin elə bu dövrü ilə müqayisədə nisbətən daha çox enmə Ukraynada qeydə alınıb və 26,4 % təşkil edib. Bu barədə MDB Dövlətlərarası Statistika Komitəsiin məlumatında deyilir.
Moldovada yanvar-oktyabr aylarında sənaye istehsalında azalma 2008-ci ilin eyni dövründəki səviyyədən 24,1%-ə çatıb, Qırğızıstanda 13,9% təşkil edib.
2009-cu ilin yanvar-oktyabr aylarında Rusiyada sənaye istehsalı 13,3% aşağı düşüb.
Ermənistanda 10 ay ərzində sənaye istehsalı 11,4%, Tacikistanda 8,6%, Belorusda 4,5%, Qazaxıstanda 0,2% azalıb.
Azərbaycan yanvar-oktyabr aylarında sənaye istehsalı üzrə 7,4% artım nümayiş etdirib. Özbəkistanda yanvar-sentyabr aylarında (yanvar-oktyabr ayları üzrə Statistika Komitəsində məlumat yoxdur) sənaye istehsalında artım 9,1% təşkil edib.
MDB SK Türkmənistanda sənaye istehsalı ilə abğlı məlumatlara malik deyil.SK həmçinin 2009-cu ilin avqustunda MDB-nin tərkibindən çıxdıqdan sonra Gürcüstanla bağlı məlumatların dərc olunmasını dayandırıb.
Yanvar-oktyabr aylarında MDB ölkələri arasında maksimum illik inflyasiya yenə Ukraynada qeydə alınıb. O, 2008-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 16,5% təşkil edib. Yanvar-oktyabr aylarında illik ifadədə Belorusda qiymətlər 13,6% artıb. Rusiyada illik inflyasiya yanvar-oktyabr aylarında illik ifadədə 12,2% təşkil edib. Hesabat dövründə Qırğızıstanda qiymətlər illik hesablamada 8,3%, Qazaxıstanda 7,6%, Tacikistanda 6,8%, Ermənistanda 3,0%,Azərbaycanda 1,7% artıb. Moldovada qiymətlər orta hesabla ötən ilki səviyyədə qalıb.
Birlik ölkələrində yanvar-oktyabr aylarında ÜDM ötən ilin yanvar-iyun ayları ilə müqayisədə orta hesabla 9%, sənaye istehsalı məhsulları 13,0%, yükdaşımaları 18%, pərakəndə mal dövriyyəski 7,0% azalıb.
Yanvar-oktyabr ayları üzrə artıq ÜDM-un hesablandığı MDB ölkələri arasında nisbətən daha çox - 8,3% artımı Azərbaycan nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanda ÜDM 3,2%, Tacikistanda 2,9% artıb. Ermənistanda ÜDM 17,5%, Rusiyada 9,6% (RF İİN-nin qiymətləndirməsi),Belorusda 1,0% azalıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət