2009-cu ilin iyun-noyabr aylarında təxminən 1,6 min nəfər Azərbaycan İpoteka Fondunun (AİF) şərtləri ilə ümumi həcmi 67 mln. manat məbləğində ipoteka kreditləri alıb. Bu barədə AİF-in məlumatında deyilir.Xəbər verildiyi kimi, AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsini bərpa edib.
Ümumilikdə, AİF-in xətti ilə ipoteka kjreditləşməsinin başladığı 2006-cı ilin martından Azərbaycan vətəndaşlarına ümumi məbləği 143 mln. manat həcmində 3,6 minə yaxın ipoteka krediti verilib.
AİF 2009-cu il iyunun 1-dən 18 müvəkkil bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. İpoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına veriləcək.
Bu məqsədlə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi mayın 29-da AİF-in 55 mln. manat məbləğində istiqrazlarının emissiyasını qeydiyyata alıb. Emissiya bir istiqrazın nominal dəyəri 1 min manat olan 55 min istiqraza ayrılıb. İstiqrazlar 7 il müddətinə və illik 3%-lə buraxılıb. Bu məbləğdən 44 mln. manatı artıq yerləşdirilib.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına veriləcək. Kreditlər 3 ildən 25 ilədək müddətə veriləcək. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Şərtlərə görə, kredit üzrə aylıq ödəniş kredit götürənin ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Kredit götürən öz həyatını və əmək qabiliyyətini, eləcə də ipotekaya götürdüyü əmlakı mütləq sığorta etdirməlidir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Fond maliyyələşdirmənin olmaması ilə əlaqədar 2007-ci ilin iyununda kreditlərin verilməsini dayandırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət