AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) $10 mln. manat həcmində sintetik kredit cəlb edib. Bu barədə AccessBank-ın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, dekabrın 8-də Londonda keçirilən Azərbaycanın investisiya sammitində AccessBank AYİB-in Azərbaycan üçün ayırdığı manatla sintetik kredit sazişinə imza atıb. AYİB bu sintetik kredit üzrə kredit vəsaitini AccessBank-a ABŞ dollarında verir, lakin bankın AYİB qarşısında borc öhdəliyi faktiki olaraq ayrılan vəsaitin manat ekvivalentində olacaq.
"Bu, AYİB-in Azərbaycandakı işlərini yeni mərhələsidir və AccessBank-a Azərbaycanda kiçik və orta sahibkarlar üçün milli valyutada ayrılan kreditin miqdarını artırmağa və bununla da iqtisadiyyatın diversifikasiyasına yardım etməyə imkan verir. $10 mln. (8 mln. manat) həcmində kredit 4 illik müddətə verilib", - deyə bankın məlumatında qeyd olunub.
"Bu, AYİB-in Azərbaycana ayırdığı yerli valyutada ilk sintetik kreditdir", - deyə məlumatda AYİB yanında maliyyə institutları-biznes qrupunun direktoru Nika Teseymana istinadən bildirilir.
"Manatla verilən bu kredit banka daha çox sayda azərbaycanlı biznesmenləri maliyyələşdirməyə imkan verəcək. Beləliklə, bu, valyuta risqlərini kənarlaşadıracaq və müştərilərimizə əminlik verəcək. Çünki onlar aylıq ödənişləri milli valyutada həyata keçirəcəklər və valyuta məzənnələrindəki tərəddüdlərdən asılı olmayacaqlar", - deyə AccessBank-ın baş meneceri Endryü Pospielovski bildirib.
AccessBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW, Access Holding, LFS Financial Systems GmbH şirkətləridir.
AccessBank (əvvəllər AMMB) 2008-ci ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 334-cü, Azərbaycanın 46 bankı arasında 11-ci yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət