2009-2011-cu illərdə “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən dörd platforma üzrə işçi proqramları dekabrın 8-də Brüsseldə keçirilən bu təşəbbüs iştirakçısı olan ölkələrin XİN başçılarının ilk iclasında təsdiqlənib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
İclasda Avropa Birliyi (AB) ölkələri, Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus və Ermənistan XİN başçıları, həmçinin Avropa Komissiyası, AB Şurası, Avropa Parlamenti, Avropa İnvestisiya Bankı, AB Regionlar Komitəsi və Sosial-İqtisadi Komitənin təmsilçiləri iştirak ediblər.
İclas hazırda AB-yə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildtin sədrliyi ilə keçib.
Tərəflər “Şərq tərəfdaşlığı”nın vəziyyəti, həmçinin bu təşəbbüs çərçivəsində nəzərdə tutulan plan və layihələr üzrə fikir mübadiləsi aparıblar. AB və tərəfdaş ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində və dərinləşməsində, siyasi assosiasiya və iqtisadi inteqrasiyanın sürətləndirilməsində, həmçinin tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində bu təşəbbüsün strateji əhəmiyyəti qeyd olunub.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib ki, ölkə cəmiyyətinin gündəlik həyatının Avropa standartlarına çatdırılması, bunun qanunvericilik qaydasında qəbulu və tətbiqi respublika üçün xüsusi əhəmiyyət kəsb edir. O, “Şərq tərəfdaşlığı” təşəbbüsündə məhz belə istiqamətin vacibliyini qeyd edib. Nazir buna misal olaraq AB üzvü olmayan Avropa ölkələrinin təcrübəsini göstərib. O, Azərbaycanın da belə dövlətlərin sırasında olmasını arzu etdiyini bildirib. E.Məmmədyarov həmçinin AB ölkələri tərəfindən viza rejiminin sadələşdirilməsinin vaciblyini vurğulayıb, Avropa Birliyini bu sahədə ciddi addımlar atmağa çağırıb.
Qarabağ nizamlanmasına toxunan nazir deyib ki, münaqişənin nizamlanması və Azərbaycan torpaqlarının işğalının davam etməsi “Şərq tərəfdaşlı”nın effektiv fəaliyyətinə və çoxtərəfli ölçünün inkişafına əngəl törədir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət