Fransa radiosunda 20 yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş veriliş yayımlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Strasburqda “Azərbaycan Evi”nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri radioada Azərbaycanla bağlı yayımlanan veriliş yanvarın 17-də yanvar faciəsinə həsr olunub.
Aparıcılar Elvin Abbasbəyli, Şahin Hüseynli və Alkan Eldəniz 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələr barədə ətraflı danışıblar. Həmin gün Azərbaycan xalqının azadlığını boğmaq üçün Mixail Qorbaçovun 26 minlik sovet qoşunlarını Bakıya yeritməsi nəticəsində çoxlu sayda günahsız insan vəhşicəsinə qətlə yetirilib. “133 nəfər həlak olub, 700 nəfər yaralanıb, yüzlərlə adam isə itkin düşüb”, - deyə radioverilişdə deyilib.
Aparıcılar “Azərbaycan Evi”nin sədri Mustafa Alınca ilə telefon əlaqəsi yaradıblar. Söhbət zamanı təşkilatın rəhbəri bildirib ki, erməni mənbələrindən gələn və Fransa KİV-nin istinad etdiyi informasiya və xəbərlər həqiqətdən tamamilə uzaqdır. Bu, Strasburqda yaşayan azərbaycanlıların kəskin qəzəbinə səbəb olub.
“Azərbaycan Evi”nin sədri nəzərə çatdırıb ki, bununla əlaqədar yanvar faciəsi haqqında doğru informasiyanın çatdırılması üçün işlər həyata keçirilir.
İnformasiya yalanı ilə qətiyyən razı olmadığını bildirən “Azərbaycan Evi” birbaşa efirdə bəyanat yayıb. Bəyanatda deyilir ki, Strasburqda yerləşən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu faciəyə siyasi qiymət verməli və faciədə günahkar şəxsləri məhkəmə məsuliyyətinə cəlb etməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət