Azərbaycan torpaqları son iki əsrdir ki, ermənilərin dəstəyilə Rusiya imperiyası tərəfindən işğala məruz qalır. Bu barədə azərbaycanlı tarixçi Cəbi Bayramov 20 yanvar hadisələrinin 20-ci ildönünümə həsr olunmuş tədbirdə bildirib.
“18-ci əsrin sonlarında və bu günədək Azərbaycan torpaqları daim ermənilərin dəstəyilə Rusiya imperiyası tərəfindən işğala məruz qalıb”,-deyə C.Bəhramov bildirib. O qeyd edib ki, 20 yanvar faciəsinin real qurbanlarının sayı rəsmi məlumatlarda göstərildiyindən xeyli çoxdur.
“Əslində 135 nəfərin həlak olması barədə rəsmi statistika həqiqətə uyğun deyil. Biz araşdırdıq ki, yanvarın 20-də 500-dən çox adam həlak olub”,-deyə o bildirib. C.Bəhramov deyib ki, 20 yanvar hadisələrinin nəticələri daha acınacaqlı olub, belə ki, o zamankı siyasi liderlər faciəyə adekvat reaksiya verməyiblər. Tarixçi SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovu və onun ətrafını Bakıda qan tökülməsində, Qarabağ müharibəsinin qızışdırılmasında ittiham edib. Çünki bunun nəticəsində 30 min azərbaycanlı şəhid olub, 945 kənd məhv edilib.
“Nə üçün ATƏT-in Minsk Qrupu insanlığa qarşı bu cinayət faktlarını tanımır?”,-deyə C.Bəhramov vurğulayıb. Tarixçinin sözlərinə görə, onda Azərbaycanın Xocalı şəhərinin məhv edilməsi haqqında əmri şəxsən Boris Yeltsindən gəldiyini təsdiq edən faktlar var.
Bakı Dövlət Universitetinin tarix müəllimi Ağa İsgəndərov bildirib ki, əslində 20 yanvar faciəsi Azərbaycanda azadlıq hərəkatının başlanğıc nöqtəsidir.
«Heç bir azadlıq hərəkatı qan tökülmədən başa çatmayıb», - deyə A.İsgəndərov bildirib. Onun fikrincə, 20 yanvar SSRİ-ni dağıtmaq üçün Qərbin diqqətlə işləyib hazırladığı plan idi.
«Daha doğrusu, Qərb millətlərarası qırğın toxumu səpmək yolu ilə bunu etməyə cəhd göstərdi. Qərb faktiki olaraq Qarabağ münaqişəsinə razılıq verdi», - deyə tarixçi bildirib.
Azərbaycanın QHT Konfederasiyasının sədri Rauf Zeyni Qazaxıstanın ATƏT sədri olduqdan sonra bu problemləri qaldıracağına və onları dünya birliyinə çatdıracağına ümidini ifadə edib. Belə problemlər arasında o, 20 Yanvar, Qarabağ münaqişəsi və Xocalı soyqırımının adlarını çəkib.
Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Qafar Əliyev bəyan edib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün dərs oldu.
«Ən başlıcası odur ki, biz bundan ibrət götürək- bu, təhlükə qarşısında birləşmək bacarığıdır», - deyə o qeyd edib. Onun fikrincə, 20 Yanvar hadisəsi Azərbaycan xalqını qorxutmaq və Dağlıq Qarabağı Azərbaycandan almaqda ermənilərə kömək etmək üçün təşkil olunmuşdu.
Gürcüstan səfirliyinin nümayəndəsi Nikolay Qoqolidze qeyd edib ki, Rusiya imperiyası daima Qafqazda “parçala və hökm sür” siyasəti yürüdüb.
«Əslində, ona görə (Rusiya – İF-Az.) Türkiyə ilə İran arasındakı müharibələrdən Qafqaz xalqları daima əziyyət çəkiblər», - deyə diplomat bildirib. O, 20 Yanvar faciəsinin günahkarlarının adlarının yaxşı məlum olduğunu və onların məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət