20 yanvar faciəsi Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. Bu barədə prezident İlham Əliyev 20 yanvar hadisələrinin qurbanlarının xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında bəyan edib.
"O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlığa, vəhşiliyə cəlb edilməmişdi. Bu cinayəti törədənlər Sovet İttifaqının və Azərbaycanın o vaxtkı rəhbərliyi idi", - deyə dövlət başçısı çərşənbə günü ictimaiyyətlə görüşdə bildirib.
"Dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç bir vəzifəli şəxs bu faciəyə siyasi qiymət verməyib. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi. Hamı xatırlayır ki, H.Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın daimi nümayəndəliyinə gələrək, öz etiraz səsini ucaldıb. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı və o dövrdə onun Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittiham səsləndirməsi böyük cəsarət tələb edirdi", - deyə o vurğulayıb.
"20 Yanvar bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan torpaqlarının işğalı problemi ilə üzləşdi, buna baxmayaraq, bütün çətin sınaqlardan çıxa bildi", - deyə İ.Əliyev qeyd edib.
"Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Şəhidlərin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq", - deyə dövlət başçısı bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət