Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanda kiçik və orta sahibkarlığın cari vəziyyətinin araşdırılması məqsədilə sorğu keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATİB-dən məlumat verilib.
“Sorğu elektron formada keçirilir və alınan cavablardan Azərbaycanda kiçik və orta sahibkarlığın cari vəziyyətinin araşdırılması məqsədilə istifadə ediləcək”,-deyə birliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sorğu zamanı 5 sualın cavablandırılması təklif edilir. “Bu suallar dünya iqtisadi böhranının Azərbaycanda kiçik və orta sahibkarlığa təsiri, bu təsirin formaları, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin səviyyəsinin qiymətləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün həyata keçirilməli olan tədbirlər, 2010-cu ildə Azərbaycanda dünya böhranının elementlərinin müşahidə olunub-olunmayacağı ilə bağlıdır”,-deyə o əlavə edib.
Xəbər verildiyi kimi, ATIB 2008-ci ildə iqtisadiyyatın ayrı-ayrı sektorlarında araşdırmalar aparmağa başlayıb. Artıq Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vəziyyəti və onların perspektivləri, Azərbaycanda rəqabət mühitinin, maliyyə sektorunun cari vəziyyəti, təhsil və biznes arasında əməkdaşlığın inkişaf perspektivləri, səhiyyə sahəsində cari vəziyyət və perspektivlər təhlil edilib.
ATIB 2004-cü ilin aprelində yaradılıb. Azərbaycan və Türkiyə kapitallı 91 şirkət birliyin üzvüdür. ATİB üzvlərinin ümumi nizamnamə kapitalı $800 mln., Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi $3 mlrd.-dan çox təşkil edir. Birlik üzvü olan şirkətlərdə 40 minə yaxın adam çalışır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət