Azərbaycanın A-QROUP sığorta şirkəti 2010-cu ildə fəaliyyətinin prioritetlərini müəyyən edib. Bu barədə şirkətin məlumatında deyilir.
"2010-cu il şirkətin kapitallaşmasının artırılmasına, sığorta portfelinin diversifikasiyasına, korporativ idarəetmənin təkmilləşdirilməsinə yönəldiləcək”, - deyə qeyd olunur.
Məlumatda vurğulanır ki, 2009-cu ildə A-QROUP şirkətinin tədiyə yığımı 7 mln. 410,826 min manat təşkil edib.
"İqtisadi böhranın nəticələrinə baxmayaraq, A-QROUP 2008-ci illə müqayisədə sığorta tədiyələrinin həcmini demək olar ki, saxlaya bilib. Şirkətin ümumi daxilolmalarının əsas hissəsi könüllü tibbi sığortanın payına düşüb. A-QROUP bazarın bu seqmentində lider mövqe tutmaqda davam edir", - deyə məlumatda bildirilir.
A-QROUP 2009-cu ildə hüquqi formanın dəyişdirilməsi – açıq səhmdar cəmiyyət kimi fəaliyyətə keçidlə bağlı bir sıra tədbirlər həyata keçirib.
Bundan başqa, ötən il Beynəlxalq Maliyyə Korporasiyası ilə korporativ idarəetmənin təkmilləşdirilməsinə dair saziş imzalanıb.
Şirkət 2009-cu ildə 5 mln. 102,466 min manat məbləğində sığorta ödənişləri həyata keçirib.
A-QROUP ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,55 mln. manata bərabərdir. ASC tədiyələrin həcminə görə ölkənin 10 aparıcı sığorta şirkəti sırasına daxildir və könüllü tibbi sığorta üzrə tədiyələrin yığım həcminə görə liderdir. Şirkət 17 sığorta növü üzrə xidmətlər göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət