Dünya Bankı və Azərbaycan hökuməti may ayının birinci yarısında 2011-2014-cü maliyyə illəri üçün ortamüddətli yeni əməkdaşlıq strategiyası üzrə danışıqları davam etdirəcəklər. Bu barədə cümə axşamı jurnalistlərə bankın Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yeceyçak məlumat verib.
"Əməkdaşlıq strategiyasının ilkin variantı artıq hazırdır və biz onun həyata keçiriləcəyi birinci və ikinci illərdə nə edəcəyimizi bilirik. May ayının birinci yarısında biz strategiyanın layihəsini bir daha müzakirə edəcəyik ki, bu da sənəd haqqında daha aydın təsəvvürə malik olmağa imkan verəcək", - deyə Q.Yeceyçak bildirib.
O bir daha təsdiqləyb ki, yeni strategiya çərçivəsində Azərbaycan bankdan hər il "$250 mln. olmaqla” $1 mlrd. həcmində kredit vəsaitləri almağa ümid edə bilər.
Bundan başqa, nümayəndəliyin rəhbəri qeyd edib ki, strategiyanın 2010-cu ilin sentyabrında təsdiqlənəcəyi gözlənilir.
Daha əvvəl Q.Yeceyçaka istinadən xəbər verildiyi kimi, bank ən uğurlu layihələrin kreditləşdirilməsinin davam etməsində maraqlıdır. Bunlar ASK və yol infrastrukturunun yaxşılaşdırılması sahələrində layihələrdir. Həmçinin sahibkarlığın inkişafı üzrə layihələrin kreditləşdirilməsi mümkünlüyü də istisna edilmir.
DB və Azərbaycanın 2007-2010-cu maliyyə illərində əməkdaşlıq strategiyası respublikaya $1,26 mlrd. məbləğində kredit vəsaitlərinin verilməsini nəzərdə tuturdu. Lakin vəsaitlərin bu həcmi qeyd edilən proqramın həyata keçirildiyi ilk iki il ərzində bölüşdürülüb. Bununla əlaqədar DB 2009-2010-cu maliyyə illərində Azərbaycan üçün $1,2 mlrd. həcmində kredit vəsaitlərinin verilməsi mümkünlüyünü saxlamaq qərarına gəlib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank 52 layihənin həyata keçirilməsi üçün $2,7 mlrd. məbləğində kreditin ayrılmasını təsdiq edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət