Avropa İttifaqı Cənubi Qafqazda sabitlik, tərəqqi və münaqişələrin həllinə istiqamətlənmiş strategiya həyata keçirməlidir. Bu barədə Avropa Parlamentinin (AP) üzvləri Xarici İşlər üzrə Komitədə qəbul edilmiş qətnamə layihəsində vurğulayıblar.
AP-nin cümə günü yaydığı rəsmi məlumatda qeyd edildiyi kimi, bu region Aİ-nin enerji maraqlarında mərkəzi yer tutur.
“Şərq tərəfdaşlığının həyata keçirilməsi və Lissabon sazişinin qüvvəyə minməsi region üçün tam strategiyanın hazırlanmasında Aİ-yə böyük imkan yaradır”, - deyə AP-nin Bolqarıstandan olan üzvü Yevgeni Kirilovun hazırladığı məruzədə qeyd edilir. “Lakin Avropa orada mürəkkəb geosiyasi vəziyyətlə qarşılaşmalı olur ki, bu da Dağlıq Qarabağ və Gürcüstanda münaqişələrlə və Ermənistan və Türkiyə arasında gərginliklə əlaqələndirilir”.
“Halbuki Ermənistan, Azərbaycan və Gürcüstan 2004-cü ildən Avropa qonşuluq siyasəti çərçivəsində Aİ-nin tərəfdaşlarıdır, ona hələlik Cənubi Qafqaz üçün tam regional strategiya kifayət deyil”, - deyə millət vəkilləri hesab edirlər.
Onlar təkid edirlər ki, belə strategiya əsas istiqamətlərə: münaqişələrin həllinə; insan hüquqlarının və qanunun hakimiyyətinin təmin edilməsinə; iqtisadi kooperasiya və sosial inkişafa yönəlməlidir. “Regiondakı münaqişələrin bugünkü vəziyyəti yolverilməz və etibarsızdır”, - deyə qətnamə layihəsində bildirilir.
Burada son zamanlar qeyd edilən region ölkələrinin hərbi xərclərinin artmasına dair narahatlıq öz əksini tapıb. AP-nin üzvləri həmçinin Cənubi Qafqazda KİV-lərdə plüralizmin çatışmazlığından, bu yaxınlarda erməni jurnalistlərinə hücumlardan və iki bloggerin həbsə alındığı Azərbaycanda KİV-lərin ümumi vəziyyətindən narahatlıqlarını bildiriblər.
Aprelin 30-da planlaşdırılan Gürcüstanın yerli hakimiyyət orqanlarına seçkilər ərəfəsində millət vəkilləri beynəlxalq seçki normalarının təmin edilməsi üçün tədbirlərin görülməsini təkid ediblər. Onlar AP-nin 7 nəfərdən ibarət nümayəndə heyətini seçkiləri müşahidə etmək üçün ora yollamağı planlaşdırırlar.
Sonda Avropa millət vəkilləri Aİ-nin enerji təhlükəsizliyi üçün regionun və enerji daşıyıcılarının vacibliyini etiraf edərək, ilk növbədə “Nabucco” kəməri layihəsinin uğurlu həyata keçirilməsində Aİ və Cənubi Qafqaz ölkələri arasında enerji layihələrində əməkdaşlığın dəstəklənməsini bəyan ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət