Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger aprelin 15-də Bakıya səfər edəcək. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.
Səfərin məqsədi enerji məsələlərinin müzakirəsidir. O, ölkə prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev, XİN başçısı Elmar Məmmədyarov və Dövlət Neft Şirkətinin və burada fəaliyyət göstərən neft şirkətlərinin yüksək rütbəli şəxsləri ilə görüşəcək.
“Azərbaycan və Avropa İttifaqı müəyyən dövr ərzində enerji məsələlərində möhkəm əlaqələr qurublar. Mən “Şərq Tərəfdaşlığı” kontekstində enerji məsələlərini müzakirə etmək və əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyəm. “Cənub dəhlizi” istiqamətində tərəqqi əldə etmək gündəlikdə duran birinci məsələ olacaq”, - deyə G.Ottinger bildirib.
Komissar həmçinin prezident İ.Əliyev, nazirlər N.Əliyev və E.Məmmədyarovla Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu və qaz kəməri layihələrini müzakirə edəcək.
G.Ottinger Səngəçal neft-qaz terminalına baş çəkəcək, burada fəaliyyət göstərən Avropa neft şirkətlərinin nümayəndələri ilə danışıqlar aparacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət