Azərbaycanda fəaliyyət göstərən banklar 2010-cu ilin I rübündə dövlət istiqrazları bazarında əqdlərin əsas iştirakçıları olublar. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
"2010-cu ilin yanvar-mart aylarında dövlət istiqrazları (qısamüddətli və ortamüddətli - İF) ilə əməliyyatların təhlili göstərib ki, banklar bu istiqrazlarla əməliyyatların əsas iştirakçılarıdır. Dövlət istiqrazları ilə bütün əqdlərin 93,68%-i bankların payına düşüb", - deyə BFB-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, I rübdə dövlət istiqrazları ilə əqdlərin ümumi həcminin 5,91%-i sığorta şirkətlərinin, 0,41%-i digər institusional investorların payına düşüb.
Nümayəndə vurğulayıb ki, hesabat dövründə 37,159 mln. manat, təkrar bazarda 11,9 mln. manat məbləğində dövlət istiqrazları yerləşdirilib.
Xəbər verildiyi kimi, 2009-cu ilin yekunlarına əsasən, dövlət istiqrazları üzrə bütün əqdlərin 86,73%-i bankların payına düşüb. 2009-cu ildə dövlət istiqrazlarının yerləşdirilmə həcmi 472,594 mln. manat, təkrar bazarda 158 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət