Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi dəvəti ilə Azərbaycanda əqli mülkiyyət sahəsində milli strategiyanın hazırlanması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspertləri Azərbaycana səfər ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən bildirilib.
Komitə sədri Ramiz Həsənovla görüşdə ÜƏMT-nin ekspertləri Serqey Zotin və Ron Marçant Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sahəsində çox böyük işlərin görüldüyünü söyləyiblər.
Bundan əlavə, ÜƏMT-nin ekspertləri Azərbaycana əqli mülkiyyət üzrə milli strategiyanın hazırlanması istiqamətində köməklik göstərəcəklərini bildiriblər. Komitənin sədri bu təklifdən məmnun olduğunu və əqli mülkiyyət hüquqlarının qorunması sahəsində strategiyanın yaradılmasının vacibliyini qeyd edib. Görüş zamanı qonaqlar planın ilkin hazırlanması çərçivəsində görüləcək tədbirlər planı haqqında təqdimatla tanış olublar.
İki günlük səfər zamanı ekspertlər Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ali Məhkəmə, Müəllif Hüquqları Agentliyi və Milli Elmlər Akademiyasında görüşlər keçirəcək, milli strategiyanın hazırlanması istiqamətində müzakirə aparacaqlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət