GUAM-ın baş katibi Valeri Çeçelaşvili Ukraynanın birlikdəki sədrliyi çərçivəsində təşkilata üzv ölkələr arasında əməkdaşlığın fəallaşmasına ümid edir.
“Öz sədrliyi çərçivəsində Ukrayna xüsusilə də energetika, ticarət, nəqliyyat, turizm kimi sahələrdə GUAM formatında konkret layihələr və əməkdaşlıq proqramlarının həyata keçirilməsinə xüsusi diqqət göstərir”, - deyə V.Çeçelaşvili cümə axşamı Bakıda jurnalistlərə bildirib.
“Düşünürəm ki, bu düzgündür, çünki bizim qarşılıqlı fəaliyyət potensialımız ciddi hazırlanıb ki, bunu konkret layihələrdə maddiləşdirmək lazımdır ki, bir tərəfdən bizim sahibkarlar GUAM çərçivəsində özlərini təsdiq etməyə böyük imkanlar əldə etsinlər, digər tərəfdən isə bu, ölkələrimiz arasında daha geniş ünsiyyət üçün imkan yaratsın”, - deyə baş katib əlavə edib.
O qeyd edib ki, ümumiyyətlə GUAM çərçivəsində müxtəlif sahələrdə 40-a qədər layihə həyata keçirilir. “Mən xüsusilə də azad ticarət zonasını, mütəşəkkil cinayətkarlıqla mübarizə, nəqliyyat və tranzit dəhlizinin inkişafını və Yaponiyadan olan tərəfdaşlarımızla birgə xüsusilə də enerjinin alternativ mənbələri sahəsində hazırladığımız bir sıra enerji layihələrini qeyd edərdim”, - deyə V.Çeçelaşvili söyləyib.
O bildirib ki, GUAM-ın ABŞ ilə əməkdaşlığının prioriteti mütəşəkkil cinayətkarlığın müxtəlif formaları olan terrorizm, pulların yuyulması, trafikinq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədir. ABŞ həmçinin GUAM-ın katibliyinin yaradılmasına $200 minə yaxın vəsait ayırıb ki, bu da həmçinin videokonfransların təşkil olunmasına imkan yaradıb.
“Biz artıq bir çox şeylər etmişik, lakin gələcəkdə daha çox iş etməliyik. Düşünürəm ki, bizim təşkilatla əməkdaşlığa maraq daha da artacaq”, - deyə V.Çeçelaşvili bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət