GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova ) regional təşkilatı təkcə uğurla inkişaf etməyə davam etmir, həm də bir çox digər təşkilatlarla müqayisədə əməkdaşlığın daha effektiv formatına malikdir. Təşkilatın baş katibi Valeri Çeçelaşvili belə hesab edir.
“Biz cəmi dörd ölkəyik, lakin bunda təkcə bizim zəifliyimiz deyil, həm də gücümüz var, çünki belə format bizə daha enerjili olmağa və digər təşkilatların nail ola bilmədiklərinə nail olmağa imkan verir”, - deyə V.Çeçelaşvili cümə günü Bakıda GUAM-a üzv ölkələrin gənc liderləri forumunun açılışında bəyan edib.
Həmçinin baş katib qeyd edib ki, bu azad ticarət zonasının yaradılması, mütəşəkkil cinayətkarlıqla mübarizə, vahid tranzit siyasətinin hazırlanması kimi layihələrin həyata keçirilməsinə aiddir. “Bizim təşkilat hər hansı unikal təşkilat deyil, biz regionalizmin inkişafı üzrə ümumdünya tendensiyasının təzahürüyük”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, təşkilatda təkcə bir-birinə dost olan dövlətlər deyil, həm də onların xarici siyasət prioritetlərinin vahidliyi toplanıb ki, onlar həmişə üst-üstə düşməsələr də, bir müstəvidə yerləşirlər”.
V.Çeçelaşvili söyləyib ki, GUAM ölkələrini bir məqsəd birləşdirir ki, bu da Avropa İttifaqı ilə yaxınlaşmaqdır. “Bizim məqsədimiz Xəzər-Qara dəniz regionunda Avropa standartlarına və əməkdaşlıq təcrübəsinə əsaslanacaq əməkdaşlığın sivil məkanını formalaşdırmaqdır”, - deyə o söyləyib.
Baş katib əlavə edib ki, GUAM ölkələri artıq beynəlxalq münasibətlər sistemində öz yerlərini tapıblar.
Bununla yanaşı o, GUAM çərçivəsində əməkdaşlıq potensialından daha effektiv istifadə edilməsinin vacibliyini bəyan edib. “Bizim hələ həyata keçməmiş böyük potensialımız var”, - deyə o qeyd edib.
Bununla əlaqədar olaraq GUAM-ın baş katibi bu gənclər forumunun iştirakçılarını üzv ölkərlərin gənclərinin nümayəndələri arasında gələcək əməkdaşlığı necə inkişaf etdirmək barədə fikirləşməyə səsləyib. Həmçinin o, yay düşərgələrinə birgə səfərlərin həyata keçirilməsi, mədəni-tarixi irsi abidələrin bərpasında iştirak ideyasını təklif edib.
V.Çeçelaşvili iclasda iştirak edən dörd ölkənin gənclərini bu və digər fikirlərin həyata keçirilməsində təkcə GUAM-ın potensialından deyil, həm də GUAM-plyus formatından, yəni təşkilatın ABŞ, Yaponiya, Çexiya və Polşa ilə ikitərəfli əməkdaşlıq formatından fəal istifadə etməyə çağırıb. Baş katib qeyd edib ki, cümə axşamı səhər o, Bakıda bilavasitə gənclər forumundan qabaq GUAM-ın turizm üzrə işçi qrupunun iclasında iştirak edib. Bu iclas çərçivəsində həmçinin yapon turistlərinin təşkilata üzv ölkələrə cəlb edilməsi məsələsi müzakirə edilib. V.Çeçelaşvilinin sözlərinə görə, Yaponiya tərəfinin nümayəndələri buna fəal maraq göstərib, Yaponiya hökuməti isə bu layihənin həyata keçirilməsi üçün hətta müəyyən vəsaitlər də ayırıb.
Öz növbəsində, iclasda iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, o ümidvardır ki, keçiriləcək müzakirələr GUAM-ın gənclər təşkilatları arasında qarşılıqlı fəaliyyətinin yaxşılaşmasına və fəaliyyətinin əlaqələndirilməsinin yaxşılaşmasına imkan yaradacaq. Nazir müavini qeyd edib ki, iclasın yekunları üzrə gənc liderlər forumunun iştirakçılarının qəbul edəcəkləri qətnamə layihəsində həmçinin gənclərin Avropaya inteqrasiyasının dərinləşmə kursunun inkişafında və Aİ, AŞ, BMT, ATƏT və digər təşkilatlarla münasibətlərin möhkəmlənməsində birgə səylərinin vacibliyi qeyd edilib.
Nazir müavini qətnamədə öz əksini tapmış GUAM məkanında uzanan münaqişələrin həllində gənclərin rolu barədə müddəaya xüsusi diqqət yönəldib. “Gənc nəsil gənclər diplomatiyası, münaqişənin həlli üzrə dövlət kursu çərçivəsində öz sözünü deməlidir”, - deyə o söyləyib.
Nazir müavini həmçinin qətnamə layihəsinə GUAM-ın tələbə təşkilatları əlaqələndirmə şurasının yaradılması barədə bəndi daxil etməyi təklif edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət