Ermənistanın müdafiə naziri Seyran Oqanyan əmindir ki, Rusiya tərəfi Ermənistanın təhlükəsizliyini təmin edəcək.
İrəvanda imzalanmış Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşdirilmə müddətinin uzadılması barədə protokola əsasən “təhlükənin hansı tərəfdən olmasına baxmayaraq” Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək, deyə nazir “Azadlıq” radiostansiyasına bildirib.
“Əgər Dağlıq Qarabağ respublikasına qarşı olan təhlükə bilavasitə Ermənistan respublikasına qarşı təhlükəyə çevrilərsə, mən Rusiya Federasiyasının öz müttəfiq və saziş öhdəliklərini yerinə yetirəcəyinə şübhə etmirəm”, - deyə S.Oqanyan söyləyib.
Bununla yanaşı o qeyd edib ki, Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanətçisi Ermənistandır.
Azərbaycanın C-300 komlekslərini alması ehtimalından danışaraq S.Oqanyan qeyd edib ki, bu Azərbaycan və Ermənistan arasında qüvvələrin balansına təsir etməyəcək.
“C-300 komlekslərinin alınması birbaşa Azərbaycan və Ermənistan arasında qüvvələrin nisbiliyinə təsir edə bilməz, çünki Azərbaycan tərəfindən onların Ermənistanın silahlı qüvvələrinə qarşı tətbiqi bütün ehtimal olunan ssenarilərdə qeyri-effektiv olacaq”, - deyə nazir söyləyib. “Bunun səbəbi sadədir – bu komplekslərlə biz daha yaxından tanışıq, uzun müddətdir ki, onları istismar edirik və belə komlekslərin effektivliyinin azalması imkanlarını bilirik”-deyə Ermənistanın müdafiə naziri bildirib.
S.Oqanyan söyləyib ki, С-300 kompleksləri üzrə Rusiya-Azərbaycan sazişi baş tutarsa, BU Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcək, “çünki biz strateji tərəfdaşlarıq, bir hərbi-siyasi sistemin üzvləriyik, bizim əməkdaşlığımız çox sıxdır və hər iki tərəfdən təhlükəsizliyə aid olan istənilən məsələnin yerinə yetirilməsində qarşılıqlı yardım göstərməyə hazırlıq var”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət