zərbaycan və Türkiyə cəmiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxmaqda haqlıdır və bu mövqe sona qədər davam etməlidir. Milli Məclisin sədr müavini Bahar Muradova belə hesab edir.
“Hesab edirəm ki, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq və özünün, Azərbaycanın, eləcə də bölgədə maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək”, - deyə o, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bəyan edib.
B.Muradovanın fikrincə, müəyyən beynəlxalq dairələr Qarabağ məsələsində tutduğu mövqeyə görə Türkiyəni cəzalandırmaq istəyir. “Cəza isə sərhədlərin açılması tələbidir”, - deyə Milli Məclisin sədr müavini bildirib.
Onun sözlərinə görə, NATO-nun təlimləri çərçivəsində sərhədlərin açılması Türkiyəni Ermənistan qarşısında geri çəkilməyə vadar etmək, qısa müddətli də olsa, sərhədləri açmaq və bunu təkrar olunan hadisəyə çevirmək məqsədi daşıyır. “Çünki Ermənistanda keçirilən təlimlər humanitar təlimlərdir və oraya avadanlıqların Türkiyədən gətirilməsi mütləq deyil. NATO-nun həmin avadanlıqları Ermənistana başqa istiqamətdən də gətirmək imkanı var. Hal-hazırda Türkiyəyə bu təzyiqlərin göstərilməsi məhz həmin tədbirdən istifadə edərək sərhədlərin qısamüddətli açılmasına və sonradan isə davamlı olmasını tələb etmək cəhdinin olduğunu ortaya qoyur”, - deyə B.Muradova vurğulayıb.
O qeyd edib ki, beynəlxalq birlik Türkiyəni cəzalandırmalı deyil, əksinə, ondan nümunə götürməlidir. “Türkiyə NATO-nun yeganə üzvü olaraq beynəlxalq prinsiplərin pozulmasına, bir ölkənin digərinin ərazisini işğal etməsinə, etnik təmizləmə siyasətinin aparılmasına öz etirazını bildirərək işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Təcavüzkar dövlətə belə münasibətin göstərilməsi digər ölkələlərə də bu kimi məsələlərdə hansı mövqe tutmaları üçün bir nümunədir”, deyə B.Muradova söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət