Azərbaycan BMT-nin vasitəçiliyi ilə üç erməni hərbçisini onların arzuları ilə üçüncü ölkəyə təhvil verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İtkin Düşmüş və Girov Götürülmüşlərlə İş üzrə Dövlət Komissiyasından bildirilib.
Onların adları açıqlanmır, lakin ANS telekanalının məlumatına görə bunlar könüllü olaraq Azərbaycana keçən Qrant Markosyan, Rafik Tevosyan, Vartan Sarkisyandır.
Beynılxalq Qırmızı Xaç komitəsinin məlumatına görə hazırda Azərbaycanda üç erməni hərbçisi və beş nəfərdən ibarət bir ailə yaşayır, erməni tərəfində isə iki Azərbaycan hərbçisi əsirdir.
Qeyd edək ki, bu gün Azərbaycandakı bir mülki əsirin müqabilində bir azərbaycanlı hərbi əsirin qaytarılması baş tutacaq. Bu gün Ağdam rayonu ərazisində həyata keçiriləcək mübadilə prosesi zamanı 2009- cu il mayın 10-da Füzuli rayonu ərazisində əsir düşmüş Azərbaycan ordusunun əsgəri Anar Xanbaba oğlu Hacıyev Azərbaycana, eləcə də 2009-cu il mayın 9-da Gədəbəy rayonunun Göyəli kəndinin sakinləri tərəfindən saxlanılmış mülki şəxs Artur Qrişayeviç Badalyan Ermənistan tərəfə təhvil veriləcək. İtkin Düşmüş və Girov Götürülmüşlərlə İş üzrə Dövlət Komissiyasından bu barədə məlumat təsdiqlənməyiv və təqzib edilməyib.
Xəbər verildiyi kimi, Rusiya, Ermənistan və Azərbaycan prezidentləri martın 5-də Soçidə birgə bəyanat qəbul ediblər ki, bu bəyanatda həmçinin qısa müddət ərzində hərbi əsirlərin mübadiləsinin yekunlaşdırılması barədə razılaşmadan söhbət gedir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayonunu işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və onun ətrafındakı rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi haqqında dörd qətnamə çıxarıb. Hazırda tərəflər arasında atəşkəs rejiminə riayət edilir və ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Bu günədək bu problemin həlli ilə bağlı beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar prosesi aparılır. Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması ilə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransanı təmsil edən həmsədrləri məşğuldurlar.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət