Azərbaycanda kommersiya bankları 2012-ci ilə qədər kredit portfellərinin keyfiyyətini yaxşılaşdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə eksklüziv müsahibəsində “Moody`s Eastern Europe” beynəlxalq reytinq agentliyinin analitiki Lev Dorf bildirib.
Analitikin sözlərinə görə, yaxşılaşma kredit portfelinin artması və problemli borcun bərpası hesabına müşahidə olunacaq.
“Yeni kreditlər həmçinin qənaətbəxş keyfiyyətə malikdir ki, bu da makromühitin yaxşılaşması və qeyri-neft sektoruna dövlət sərmayələrinin artması ilə dəstəklənəcək. Bütün bunlar bankların maliyyə nəticələrinə müsbət təsir göstərəcək”, - deyə L.Dorf qeyd edib.
O həmçinin vurğulayıb ki, 2011-ci ilin birinci rübündə müsbət dəyişikliklər müşahidə olunub. “Bu dəyişikliklər arasında aktivlərin keyfiyyətinin sabitləşməsi və kreditləşdirilmənin artmasını göstərmək olar ki, bu da gəlirlilik göstəricilərinə müsbət təsir edib. Trend hələlik cüzidir və biz onun sabitliyi haqqında danışa bilmirik, ancaq müsbət dinamika artıq var”, - deyə analitik əlavə edib.
L.Dorf Azərbaycanın bank sektorunun inkişafını ləngidən amillər arasında iqtisadiyyatın neft sektorundan yüksək asılılığını, kiçik və orta biznesin kifayət qədər inkişaf etməməsini və bunun nəticəsi olaraq keyfiyyətli müştəri bazasının məhdud olduğunu qeyd edib.
“Tarixən Azərbaycanda əməliyyat mühiti kifayət qədər volatil olub və əhali uzun müddət bank sektoruna etibar etməyib. Bu səbəbdən insanlar pulu dollarlarda “döşəyin altında” saxlamağa və ya mülk kimi daha aydın aktivlərə yatırmağa üstünlük veriblər”, - deyə L.Dorf bildirib.
“Hökumət və Azərbaycan Mərkəzi Bankı son dövr ərzində vəziyyəti yaxşıya doğru dəyişmək üçün çox iş görüb. Dövlət böhran zamanı bank sistemini və iri müəssisələri dəstəklədi, milli məzənnənin sabitliyinə zəmanət verdi, əmanətlər üzrə dövlət tərəfindən zəmanət verilən məbləği artırdı (bu gün o Rusiyada olduğundan yüksəkdir) və əhalinin banklara etimadı tədricən artır, biz bunu fiziki şəxslərin manatla əmanətlərinin əhəmiyyətli dərəcədə artması ilə görürük”, - deyə o əlavə edib.
O, Azərbaycan bank sisteminin çatışmazlıqlarından biri kimi yüksək dollarlaşmanı qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank yeni Visa Infinite kartını təqdim edir!
AccessBank “OK” kartı ilə alış-veriş et, 25 AZN keşbek qazan
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət