Azərbaycan bu il “Diffamasiya haqqında qanun”u qəbul etməyə hazırdır. Bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə bildirib.
“Biz diffamasiya haqqında qanunu qəbul etməyə hazırıq. Ancaq KİV məsələlərində müxtəlif yanaşma olmamalıdır. Avropa mətbuat siyasəti və diffamasiya məsələlərində bütün ölkələrə standart və qərəzsiz yanaşmalıdır”, – deyə Ə.Həsənov bildirib. O əlavə edib ki, bir ölkə üçün nəzərdə tutulan tələblər digər ölkələrə də şamil olunmalıdır.
“Azərbaycan hakimiyyətinin diffamasiya üzrə mövqeyi birmənalıdır”, – deyə Ə.Həsənov vurğulayıb. O Azərbaycan prezidentinin milli KİV-in rəhbərləri ilə görüşünü xatırladıb və dövlət başçısının Azərbaycanda artıq bir neçə ildir jurnalist fəaliyyətinə görə həbs təcrübəsinin dayandırıldığını söylədiyini vurğulayıb.
Şöbə müdiri deyib ki, Azərbaycan hakimiyyəti diffamasiya prinsiplərinin inkişafı və dərinləşdirilməsində böyük səylər göstərir. Onun fikrincə, diffamasiya haqqında qanunun qəbulu siyasi plüralizmə, mətbuat və söz azadlığına, azad media dairəsinin genişlənməsinə xidmət edəcək.
O “Siyasi partiyalar haqqında” qanuna düzəlişlər haqqında sualı da şərh edib.
“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi artıq Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Komissiyanın fikirlərini nəzərə alaraq, siyasi partiyaların nümayəndələri ilə birgə qanunun ictimai müzakirələrinə yay tətillərindən sonra başlanacaq. Bundan sonra parlamentdə onun qəbulu proseduruna başlamaq mümkün olacaq”, – deyə Ə.Həsənov söyləyib.
O qeyd edib ki, düzəlişlərdə həmçinin siyasi partiyaların maliyyələşdirilməsi nəzərdə tutulub.
“Dövlət tərəfindən siyasi partiyaların maliyyələşdirilməsi müsbət hadisədir. Bu məsələdə beynəlxalq təcrübə nəzərə alınmalıdır”, – deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, siyasi partiyanın maliyyələşdirilməsi haqqında təşəbbüs daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəstəklənmişdi.
Ə.Həsənov vurğulayıb ki, layihələr çərçivəsində siyasi partiyaların son parlament seçkilərində topladıqları səslər əsasında maliyyələşdirilməsi planlaşdırılır. “Bu, siyasi partiyaların parlamentdə təmsil olunub-olunmamasından asılı deyil. Əsas odur ki, müvafiq baryeri keçmiş partiyalar maliyyələşdiriləcək”, - deyə Ə.Həsənov qeyd edib.
O xüsusi vurğulayıb ki, siyasi partiyaların yenidən qeydiyyata alınması məsələsi gündəmdə deyil.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət