Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Süzanna Yakob Azərbaycanın tibb sahəsində nailiyyətlərini yüksək qiymətləndirib.
“Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi məsələsində Azərbaycandan nümunə götürmək olar. Burada vaksinləmə prosesi yüksək səviyyədə keçirilir və ümumilikdə səhiyyə sahəsi sürətlə inkişaf edir”, - deyə S.Yakob cümə günü Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ərəfəsində keçirilən mətbuat konfransında bəyan edib.
O prezident İlham Əliyevin səhiyyə sahəsinin problemlərinin həllində fəal iştirakını xüsusi qeyd edib. S.Yakob bütün ölkə üzrə xəstəxanaların, klinikaların, diaqnostika mərkəzlərinin tikintisi işlərinin sürətlə getdiyini vurğulayıb.
S.Yakob məmnunluqla qeyd edib ki, son 20 il ərzində Avropada ömür uzunluğunun artması müşahidə olunur. “Bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün digər idarələr də səhiyyə nazirlikləri ilə əməkdaşlıq etməlidirlər”, - deyə o vurğulayıb.
O qeyd edib ki, ÜST 2020-ci ilə qədər proqram hazırlayıb ki, burada xroniki və qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyətin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər qeyd edilib. S.Yakob vurğulayıb ki, ümumiyyətlə Avropada bu ciddi xəstəliklərin həllinə az vəsait ayrılır. “Sağlamlığın profilaktikası məsələsinə daha ciddi yanaşmaq lazımdır. ÜST tərəfindən alkoqolizmlə mübarizə sahəsində xüsusi sənəd hazırlanır. Əvvəlki illərdə siqaret çəkilməsi ilə mübarizə üzrə sənəd uğurla reallaşdırılıb”, - deyə o bildirib.
O qeyd edib ki, Bakıya səfər çərçivəsində Səhiyyə Nazirliyi ilə gələcək əməkdaşlıq haqqında saziş imzalanacaq.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuat konfransında qeyd edib ki, ölkədə ömür uzunluğu artır. “BMT-nin ötənilki hesabatında qeyd edilib ki, Azərbaycanda ömür uzunluğu artıb. Kişilərdə orta yaş 68, qadınlarda 73 yaş təşkil edir”, - deyə o bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası 12-15 sentyabr tarixlərində Bakıda keçiriləcək. Burada 53 ölkədən təxminən 400 nümayəndə iştirak edəcək. Həmçinin ÜST-nin baş direktoru Marqaret Çenin iştirakı da gözlənilir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət