Azərbaycanda fəaliyyət göstərən banklar 2011-ci ilin yanvar-avqust aylarında dövlət istiqrazları üzrə əməliyyatların əsas iştirakçısı olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“2011-ci ilin hesabat dövründə dövlət istiqrazları ilə bütün əqdlərin 84,449%-i onların payına düşüb”, - deyə fondun nümayəndəsi bildirib.
Birjanın məlumatına görə, yanvar-avqust aylarında bütün əqdlərin 6,78%-i sığorta şirkətlərinin, 1,715%-i qeyri-bank kredit təşkilatlarının, 1,29%-i broker şirkətlərinin, 5,766%-i digər institusional investorların payına düşüb.
2011-ci ilin yanvar-avqust aylarında dövlət istiqrazlarının yerləşdirilmə həcmi 196,761 mln. manat, təkrar bazarda isə 37,3 mln. manat təşkil edib.
2011-ci ilin avqust ayının sonuna dövlət istiqrazları üzrə orta ölçülmüş gəlirlilik 3,37% təşkil edib, 2010-cu il avqust ayının sonuna bu göstərici 4,5%-ə bərabər olub.
Xəbər verildiyi kimi, 2010-cu ilin yekunlarına əsasən, dövlət istiqrazları üzrə bütün əqdlərin 91%-dən çoxu bankların payına düşüb. Bununla yanaşı, 2010-cu ildə dövlət istiqrazlarının yerləşdirilmə həcmi 412,666 mln. manat, təkrar bazarda isə 108,583 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət