SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2025-ci ilə qədər nəzərdə tutulmuş uzunmüddətli inkişaf strategiyasını hazırlayır. Bu barədə şirkətin vitse-prezidenti Süleyman Qasımov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, strategiya inkişafın şaquli inteqrasiya modeli əsasında işlənir və bu da yataqların kəşfiyyatından son alıcıya qədər bütün prosesi nəzərdə tutur.
“Biz inkişaf strategiyası çərçivəsində strateji qərarların qəbul edilməsinin ayrıca modulunu hazırlayırıq və o artıq strateji xəritələr vasitəsilə yoxlamadan keçir. Artıq strateji xəritələrin sahibləri müəyyən edilib. Bu, şirkətin prezidentindən rəhbər işçilərə qədər 30 nəfərdir. Həmçinin xəritələrin sahibləri müəyyən edilib ki, onlar strateji qərarların qəbulu zamanı həlledicidirlər. Xəritələr prezidentin öz kabinetindən bütün strateji qərarların reallaşdırılma prosesini izləməsinə şərait yaradır”, - deyə S.Qasımov bildirib.
Şirkətin vitse-prezidenti vurğulayıb ki, strategiyanın SOCAR-ın bütün fəaliyyət sahəsini əhatə edəcək işlənib hazırlanmış variantı 2011-ci ilin sonuna qədər hazır olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət