“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Masallı-Astara yolunun inşası və yenidən qurulması layihəsi çərçivəsində Lənkəran körpüsünün tikintisi üzrə podratçı seçiminə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Tender elanına əsasən, podratçının vəzifəsinə körpü ilə birləşən avtomobil yolunun layihələşdirilməsi, Lənkəran şəhərinə girişdə avtomobil yolunun təmiri daxil olacaq.
Tenderdə son 5 il ərzində $30 mln. məbləğində minimal illik dövriyyəsi olan; $6 mln. məbləğində avtivlərə və maliyyə vəsaitlərinə; son 5 ildə ən azı $22 mln. dəyərində iki analojı layihənin icrası; avtomobil yollarının, beton körpülərin tikintisi üzrə təcrübəyə malik şirkətlər iştirak edə bilərlər.
Tender təklifləri noyabrın 16-na qədər qəbul edilir. Tenderdə iştirak üçün dövlət rüsumu 150 manatdır.
AİB 2008-ci ildə Azərbaycanın yol sektorunun inkişafı üzrə $500 mln. məbləğində kredit proqramını təsdiqləyib. Bu məbləğdən $200 mln. Masallı-Astara avtomobil yolunun tikintisinə istifadə olunur. Bundan başqa, Azərbaycan hökuməti bu layihəyə $200 mln. məbləğində yeni kredit üzrə AİB-lə məsləhətləşmələr aparır.
Azərbaycan 1999-cu ildən AİB üzvüdür. Azərbaycanda bankın energetika, nəqliyyat, ASK, mənzil kommunal xidmətləri, özəl sektorun inkişafı sahələrində 15 layihə üzrə kredit portfeli $687,4 mln. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət