Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Məlumatların Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib. Bu barədə nazirliyin saytında verilmiş məlumatda deyilir.
Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd edilir.
Tədbirdə dövlət orqanlarının nümayəndələri, özəl şirkətlərin, operator və internet-provayderlərin rəhbərləri iştirak ediblər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, fərdi məlumatın saxlanılması informasiya texnologiyalarının inkişafı əsrində daha çox ön plana çıxır və vətəndaşları narahat edir.
Tədbir iştirakçılarına məlumatların mühafizəsi üsullarına həsr edilən videoçarx nümayiş olunub. Sonra bu sahədə Azərbaycanda həyata keçirilən işlər haqqında məruzə oxunub. Xüsusilə respublikada fərdi məlumatların mühafizəsi üzrə qəbul edilən hüquqi baza, informasiya sistemlərində məlumatların toplanması, emalı və saxlanılması məsələləri barədə məlumat verilib.
Daha sonra tədbirdə müzakirələr aparılaraq həm dövlət, həm də özəl təşkilatların məlumatlarının saxlanılmasının mühafizəsi sisteminin yaxşılaşdırılmasının, fərdi məlumatlara diqqətlə yanaşmanın və onun sızmasının qarşısının alınmasının, eləcə də bu sahədə qarşılıqlı əməkdaşlığın zəruriliyi haqqında fikirlər səsləndirilib.
Yekunda iştirakçılar gələcəkdə belə tədbirlərin daha geniş formatda keçirilməsinin labüdlüyünü vurğulayıblar, belə ki, bu, həm vətəndaşların fərdi məlumatların mühafizəsi sahəsində malik olduqları hüquqlar barədə məlumatlandırılması, həm də bu istiqamətdə yaranan məsələlərin öyrənilməsi və birgə müzakirəsi üçün yaxşı imkanlar açacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət